Bu yağlarda TƏHLÜKƏLİ MADDƏ aşkarlandı: Hansı ziyanları var?
AQTA-nın müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarına nəzarət tədbirləri çərçivəsində bəzi məhsullarda 3-MCPD kimi emal çirkləndiricilərinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Bəs, bitki və palma yağlarında 3-MCPD və digər emal çirkləndiricilərinin aşkarlanması insan sağlamlığı üçün hansı riskləri yaradır və istehlakçılar yağ alarkən məhsulun təhlükəsizliyini və keyfiyyətini müəyyən etmək üçün etiketdə, qablaşdırmada, istehsalçı məlumatlarında və saxlanma şəraitində hansı məqamlara diqqət yetirməlidirlər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bitki və palma yağlarının emalı zamanı yüksək temperaturun təsiri ilə 3-MCPD kimi emal çirkləndiriciləri yarana bilər:
"Bu maddə yağın tərkibində təbii olaraq mövcud olan komponent deyil, əsasən emal prosesinin nəticəsində formalaşır. Xüsusilə yüksək temperaturda rafinasiya olunan yağlarda onun miqdarı arta bilər. 3-MCPD-nin yüksək miqdarda və uzun müddət qəbul edilməsi sağlamlıq baxımından arzuolunmaz hesab olunur. Elmi qiymətləndirmələrdə əsas narahatlıq böyrəklərə təsir, reproduktiv sistemə potensial mənfi təsirlər və uzunmüddətli toksikoloji risklərlə bağlıdır".
Ekspert bildirib ki, buna görə də qida məhsullarında bu tip çirkləndiricilərin miqdarına nəzarət edilməsi mühüm əhəmiyyət daşıyır:
"Burada əsas məsələ yağın tərkibində 3-MCPD-nin ümumiyyətlə olub-olmaması deyil, onun təhlükəsiz hesab edilən səviyyələri aşmamasıdır. İstehlakçı yağ alarkən ilk növbədə məhsulun etiketinə, istehsalçı və mənşə ölkəsi məlumatlarına, son istifadə tarixinə və saxlanma şərtlərinə diqqət etməlidir. Qablaşdırmanın bütöv olması, yağın rəngində, qoxusunda və görünüşündə qeyri-adi dəyişikliklərin olmaması da vacibdir. Mənşəyi və istehsalçısı aydın göstərilməyən, etiketi natamam olan və ya şübhəli şəraitdə satılan məhsullardan uzaq durmaq daha doğrudur".
Onun sözlərinə görə, yağın rənginə və görünüşünə əsaslanaraq onun 3-MCPD və digər emal çirkləndiricilərindən təhlükəsiz olub-olmadığını müəyyən etmək mümkün deyil:
"Belə göstəricilər yalnız laborator müayinələrlə dəqiq qiymətləndirilə bilər. Bu baxımdan istehlakçının ən düzgün yanaşması rəsmi nəzarətdən keçən, etibarlı satış məntəqələrindən alınan və etiket məlumatları tam olan məhsullara üstünlük verməsidir. Ümumilikdə, yağın təhlükəsizliyi yalnız onun hansı bitkidən və ya xammaldan hazırlanması ilə deyil, istehsal və rafinasiya texnologiyası, xammalın keyfiyyəti, emal zamanı temperatur rejimi, saxlanma şəraiti və laborator nəzarət kimi bir sıra amillərlə müəyyən olunur".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib