Vətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMA

Vətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMAMarketlərdə məhsulların rəflərdə yerləşdirilməsi, endirim kampaniyaları, böyük alış-veriş arabaları və kassaların yaxınlığında məhsulların təqdim edilməsi istehlakçı davranışına təsir edən geniş yayılmış marketinq üsullarıdır. Araşdırmalar da mağaza quruluşu, məhsul nümayişi və promosyonların impulsiv alışlara təsir göstərə bildiyini göstərir.

Bəs, bu üsullar insanları planlaşdırdıqlarından daha çox alış-veriş etməyə necə sövq edir və vətəndaşlar büdcələrini qorumaq üçün hansı psixoloji təsirlərə və marketinq tələlərinə diqqət etməlidirlər?
Vətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib ki, marketlərdə tətbiq olunan bir çox taktika istehlakçıların qərarvermə prosesindəki zəif nöqtələrə hesablanır:

"Burada əsas məqsəd alıcını daha çox məhsul almağa sövq etməkdir. Bu yanaşmalar məkanın quruluşundan tutmuş qiymətlərin təqdim edilməsinə qədər müxtəlif formalarda özünü göstərir. İlk olaraq, marketlərdə məhsulların yerləşdirilməsi və müştərinin hərəkət marşrutu xüsusi əhəmiyyət daşıyır. Çörək və süd kimi ən çox alınan məhsulların mağazanın daha dərin hissəsində yerləşdirilməsi alıcının daha çox rəfdən keçməsinə səbəb olur. Bu zaman istehlakçı planlaşdırmadığı məhsullarla da qarşılaşır və impulsiv alış ehtimalı artır. Eyni zamanda, daha yüksək gəlir gətirən məhsullar adətən göz səviyyəsində yerləşdirilir. Daha ucuz alternativlər isə aşağı və ya yuxarı rəflərdə ola bilər. Uşaqlar üçün nəzərdə tutulan məhsulların isə onların göz səviyyəsinə uyğun yerləşdirilməsi də diqqəti cəlb etmək məqsədi daşıyır".

Ekspert bildirib ki, kassa ətrafında yerləşdirilən məhsullar da təsadüfi seçim deyil:

"Alıcı növbədə gözləyərkən şokolad, saqqız və digər kiçik məhsullarla qarşılaşır. Uzun alış-verişdən sonra insanın qərarvermə müqavimətinin azalması da bu cür impulsiv alışlara təsir göstərə bilər. Digər taktikalardan biri böyük alış-veriş arabalarından istifadədir. Arabanın ölçüsü böyüdükcə onun boş görünməsi alıcıda həmin boşluğu doldurmaq istəyi yarada bilər. Nəticədə insan əvvəlcədən planlaşdırmadığı məhsulları da səbətinə əlavə edə bilər. Qiymətlərin təqdim olunması da istehlakçı davranışına ciddi təsir göstərir. Məsələn, "əvvəl 40 manat, indi 25 manat" təqdimatı ilk qiyməti alıcının beynində istinad nöqtəsinə çevirir və 25 manatı daha sərfəli qiymət kimi göstərir. "9,99 manat" kimi qiymətlər də məhsulun 10 manatdan daha ucuz qəbul edilməsinə səbəb ola bilər. Üç fərqli ölçüdə məhsul təqdim edildikdə isə ortadakı variantın daha sərfəli görünməsi üçün digər variantlardan istifadə edilə bilər".

Onun sözlərinə görə, bu taktikalardan qorunmaq üçün ən effektiv üsullardan biri alış-veriş zamanı əvvəlcədən müəyyən edilmiş qaydalara əməl etməkdir:

"İlk növbədə marketə siyahı ilə getmək və həmin siyahıya mümkün qədər sadiq qalmaq lazımdır. Məhsulun yalnız ümumi qiymətinə deyil, vahid qiymətinə, məsələn, bir kiloqramının və ya bir lit­rinin qiymətinə baxmaq daha düzgün müqayisə aparmağa imkan verir. Bundan başqa, kassaya yaxınlaşmazdan əvvəl səbətdəki məhsullara yenidən baxmaq və həqiqətən ehtiyac olub-olmadığını düşünmək faydalıdır. "Endirim" sözünə avtomatik olaraq inanmaq əvəzinə məhsulun əvvəlki real qiymətini müqayisə etmək də vacibdir. Beləliklə, istehlakçı marketlərin yaratdığı psixoloji təsirləri daha yaxşı tanıyaraq planlaşdırmadığı xərclərdən özünü qoruya bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1366   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr