Düzgün şampunu necə seçməliyik? - DERMATOLOQDAN AÇIQLAMA

Düzgün şampunu necə seçməliyik? - DERMATOLOQDAN AÇIQLAMAŞampun seçimi bir çox insan üçün sadəcə saçın təmizlənməsi məsələsi kimi görünsə də, istifadə olunan məhsul həm saçın, həm də baş dərisinin vəziyyətinə təsir göstərə bilər. Yağlı, quru, həssas və kəpəyə meyilli baş dərisinin ehtiyacları eyni olmadığı üçün bütün saç tiplərinə uyğun "universal" şampun seçimi düzgün yanaşma sayılmır. Dermatoloqlar da şampun seçərkən ilk növbədə saç və baş dərisinin xüsusiyyətlərinin nəzərə alınmasını tövsiyə edirlər. Digər tərəfdən, reklamda "saç tökülməsinə qarşı", "dərin təmizləyici", "nəmləndirici" və ya "təbii tərkibli" kimi təqdim olunan hər məhsul hər kəs üçün uyğun olmaya bilər.

Xüsusilə kəpək, qaşınma və ya saç tökülməsi kimi problemlər olduqda yalnız şampun dəyişməklə kifayətlənmək düzgün olmaya bilər. Bəs saç tipinə və baş dərisinin vəziyyətinə uyğun şampunu seçərkən hansı məqamlara diqqət etmək lazımdır?

Mövzu ilə bağlı dermatoloq Sənubər Rzayeva Sonxeber.az-a açıqlamasında bildirdi ki, şampun seçərkən ilk növbədə məhsulun reklamına deyil, saçın və baş dərisinin xüsusiyyətlərinə diqqət etmək lazımdır. Onun sözlərinə görə, yağlı baş dərisi olan şəxslərlə quru və həssas baş dərisinə sahib insanların eyni şampundan istifadə etməsi hər zaman düzgün nəticə vermir: "Məndə şampunun saç tipinə uyğun seçilməsini və əsasən baş dərisinə tətbiq edilməsini tövsiyə edirəm. Kəpək, qaşınma və baş dərisində qabıqlanma kimi problemlər olduqda isə adi şampunla kifayətlənmək doğru olmaya bilər. Belə hallarda tərkibində kəpəyə qarşı aktiv maddələr olan xüsusi şampunlardan istifadə lazım gələ bilər.

Lakin problem davam edərsə, səbəbi müəyyənləşdirmək üçün dermatoloqa müraciət etmək daha məqsədəuyğundur, çünki kəpək və qaşınma müxtəlif dəri xəstəlikləri ilə də əlaqəli ola bilər. Şampunu saçın bütün uzunluğuna sürtmək əvəzinə əsasən baş dərisini təmizləmək lazımdır. Saçın uzunluğunun həddindən artıq yuyulması quruluq və zədələnməni artıra bilər. Kondisionerin isə saçın tipindən asılı olaraq əsasən uclara və uzunluğa tətbiqi tövsiyə olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2174   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr