Kolumbiyada mədəndə partlayış: 6 nəfər həlak olub
Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kundinamarca qubernatoru Xorxe Emilio Reyə istinadən "Blu Radio" radiostansiyası məlumat yayıb.
Məlumata görə, Kundinamarka əyalətinin Kukunuba bölgəsindəki mədəndə köməksiz vəziyyətdə qalan altı mədənçinin cəsədi tapılıb.
Hadisə La-Ramada ərazisində yerləşən şaxtada qeydə alınıb. Obyektdə yoxlama aparan müfəttişlər təhlükəsizlik qaydalarının pozulduğunu aşkar etdikdən sonra mədənin fəaliyyəti dayandırılmışdı.
Bildirilir ki, mütəxəssislər mədəndəki qəzanın səbəblərini araşdırmalı və rəsmi qadağaya baxmayaraq, qazıntı işlərinin nə üçün davam etdirildiyini aydınlaşdırmalıdırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 134 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub
Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçiriblər. "Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya 261 meyit, Ukrayna tərəfi isə Rusiyaya 24 meyi
13 avqustTramp administrasiyası dron idxalına tariflər tətbiq edir
Prezident Donald Tramp ABŞ-ın bir neçə əsas müttəfiqinin də daxil olduğu dronların və onların komponentlərinin idxalına tarif tətbiq edəcəyini bildirib. xəbər verir ki, Tramp administrasiyası ölkənin dronların xarici təchizatından "həddindən artıq asılı" olduğunu izah edib. Trampın imzaladığ
14 avqustUşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə
14 avqustİsveçrədə görünməmiş quraqlıq: Suyun istifadəsinə limitlər qoyuldu
İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb. xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzları
15 avqust