Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…

Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…Maaş və pensiya vəsaitlərinin vətəndaşın seçdiyi istənilən bank hesabına yönəldilməsi Azərbaycanda bank xidmətləri bazarında rəqabəti artıra bilər. Vətəndaş bankını sərbəst seçdikdə banklar müştərini saxlamaq üçün komissiyaları azaltmağa, rəqəmsal xidmətləri yaxşılaşdırmağa, kredit və digər maliyyə məhsullarını daha əlverişli şərtlərlə təqdim etməyə çalışacaqlar. Lakin bank seçmək azadlığı vacib olsa da, daha fundamental problem qalır: vətəndaş pensiyasını nə vaxt alacaq?

Bu gün pensiyaların ödənilməsi vahid tarixdə həyata keçirilmir. Bakı, Sumqayıt və Abşeronda ödənişlər adətən ayın 12-14-də, regionlarda isə ayın 19-22-də başa çatır. Halbuki pensiyaçının xərcləri ayın 12-də və ya 22-də başlamır. Ərzaq, dərman, kommunal xidmətlər, kirayə, mənzil xərcləri və kredit ödənişləri ayın ilk günündən başlayır. Belə olan halda haqlı sual yaranır: pensiyaçı ayın ilk iki-üç həftəsində gündəlik ehtiyaclarını hansı vəsait hesabına qarşılamalıdır?

Məsələ xüsusilə aşağı gəlirli pensiyaçılar üçün ağırdır. 2026-cı ilin ilk yarısında pensiya ödənişlərinə 3 milyard 916 milyon manat yönəldilib, iyulun 1-nə orta aylıq pensiya 594 manat, yaşa görə orta pensiya isə 632 manat olub. Belə böyük həcmli vəsaitin vətəndaşın hesabına nə vaxt çatması yalnız texniki məsələ deyil, sosial və maliyyə əhəmiyyətli məsələdir.

Burada başqa bir sual da ortaya çıxır: əgər pensiya ödənişlərinin maliyyələşdirilməsi üçün vəsait vaxtında dövlət büdcəsində nəzərdə tutulubsa, xəzinədarlıq və ödəniş mexanizmində gecikməyə nə ehtiyac var? Son aylarda enerji bazarında neft və qaz qiymətlərinin yüksək olması fonunda dövlətin pensiya ödənişlərini həyata keçirmək üçün vəsait çatışmazlığı yaşaması məntiqli görünmür. Əgər problem maliyyə çatışmazlığı deyil, inzibati və ya texniki mexanizmlə bağlıdırsa, bunun səbəbi ictimaiyyətə izah edilməlidir.

Başqa sözlə, pensiyaçı öz halal və qanuni gəlirini almaq üçün niyə ayın 15-20 gününü gözləməli, bu müddətdə borc axtarmalı və ya kredit götürməli, bir növ "dilənçilik" vəziyyətinə düşməlidir? Pensiya sosial təminatdırsa, onun vaxtında ödənilməsi də həmin təminatın ayrılmaz hissəsi olmalıdır.

Digər mühüm məsələ isə vəsaitin bank sistemində hərəkətidir. Əgər, məsələn, 650 milyon manat 12 gün ərzində illik 10 faiz gəlirlə yerləşdirilsəydi, nəzəri olaraq təxminən 2,14 milyon manat faiz gəliri yarana bilər. Bunun üçün vəsaitin hansı hesabda saxlanıldığı, bankların sərəncamında olub-olmadığı və həmin müddətdə gəlir yaradıb-yaratmadığı açıqlanmalıdır.

Əgər vəsait bankların sərəncamında deyilsə, gecikməni bankların qazancı ilə əlaqələndirmək düzgün olmaz. Əgər sərəncamındadırsa, bu zaman həmin vəsaitin niyə pensiyaçının hesabına daha tez köçürülmədiyi və bu müddətdə əldə edilən gəlirin kimə məxsus olduğu sualı yaranır.

Problem bununla da bitmir. Pensiyasını gözləyən vətəndaş həmin dövrdə kredit kartına, istehlak kreditinə və digər borclanma vasitələrinə müraciət edə bilər. Əgər banklar məhz pensiya ödənişlərinin gözlənildiyi günlərdə yaşlı əhali üçün kredit reklamlarını intensivləşdirirlərsə, bunun sosial tərəfi ayrıca araşdırılmalıdır. Vətəndaşın öz pulu hesabına çıxışı gecikir, eyni zamanda ona həmin gəlir əsasında borc təklif olunur. Bu, bank üçün kommersiya fəaliyyəti olsa da, sosial baxımdan ciddi sual doğurur.

Müasir ödəniş sistemlərinin real vaxt rejimində işlədiyi bir şəraitdə pensiyaların niyə regionlar üzrə 7-10 günlük fərqlə ödənildiyi də izah olunmalıdır. Əlbəttə, burada texniki və təşkilati səbəblər ola bilər. Amma rəqəmsallaşma imkanları genişləndikcə bu mexanizmin də təkmilləşdirilməsi mümkündür.

Bu baxımdan maaş və pensiya alan şəxslərə bank seçimi azadlığının verilməsi çox müsbət addım olardı. Vətəndaş istədiyi banka keçə bilməli, banklar isə "hazır müştəri"yə deyil, xidmət keyfiyyətinə görə rəqabət aparmalıdırlar. Lakin bu, problemin yalnız bir tərəfidir. İkinci və daha vacib məsələ pensiyanın vaxtında ödənilməsidir.

Optimal model ondan ibarət ola bilər ki, dövlət pensiya vəsaitini müəyyən edilmiş vahid tarixdə (ayın ilk 3 günündə) bank sisteminə çatdırsın və vətəndaş əvvəlcədən seçdiyi bank hesabında həmin vəsaitə dərhal çıxış əldə etsin. Belə olduqda həm banklar arasında rəqabət artar, həm də pensiyaçının öz pulunu həftələrlə gözləməsi problemi aradan qalxar.

Əsas məsələ şəffaflıqdır: pensiya vəsaiti nə vaxt ayrılır, xəzinədarlıqdan nə vaxt çıxır, hansı hesabda saxlanılır, banklara nə vaxt çatır və nə üçün vətəndaşın hesabına daha əvvəl köçürülmür? Bu suallara açıq cavab verilməlidir.

Pensiyaçı dövlətin və bankın müştərisi deyil, öz pulunun sahibidir. Buna görə də əsas prinsip sadə olmalıdır: vətəndaş həm bankını sərbəst seçməli, həm də öz pensiyasına vaxtında çıxış əldə etməlidir. Heç bir pensiyaçı ayın ilk 15-20 gününü ərzaq, kommunal xərc və dərman üçün borc axtararaq keçirməməlidir.(globalinfo.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11771   Tarix: 15 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr