AZƏRBAYCANDA MAAŞ KARTLARI İLƏ BAĞLI YENİ QAYDA - Vətəndaş nə qazanacaq?
Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir. Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər.
Bu dəyişiklik banklar arasında xidmət keyfiyyəti və komissiyalar üzrə rəqabətə necə təsir göstərəcək? Vətəndaşların bank seçimi hüququ maliyyə xidmətlərinin keyfiyyətini artıracaq, yoxsa yeni problemlər yaradacaq?
Məsələni "AzPolitika"ya şərh edən iqtisadçı-ekspert Günay Hüseynova deyib ki, Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm uzun illərdir Türkiyədə uğurla tətbiq olunur və vətəndaşlara daha geniş seçim imkanı yaradır.
Onun sözlərinə görə, yeni qaydalara əsasən əməkhaqqı və pensiya kartlarını vətəndaşlar birdəfəlik seçim əsasında istədikləri bank vasitəsilə əldə edə biləcəklər: "Bu isə banklar arasında rəqabətin güclənməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə və müştərilərə daha sərfəli təkliflərin təqdim olunmasına şərait yaradacaq. Türkiyə təcrübəsi bu modelin səmərəli olduğunu göstərir. Belə ki, yeni mexanizm tətbiq edilərkən banklar müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçiriblər. Məsələn, banklardan biri pensiyasını həmin bank vasitəsilə almağı seçən vətəndaşlara birdəfəlik bir aylıq pensiya məbləği qədər bonus ödəyirdi. Digər bank isə taksit kartları ilə edilən alış-verişlərə müəyyən müddət ərzində faizsiz ödəniş imkanı təqdim edirdi".
Günay Hüseynova vurğulayıb ki, xüsusilə yaşlı insanların böyük hissəsində eşitmə problemi müşahidə olunur. Bu baxımdan, eşitmə cihazlarının taksitlə və ya faizsiz şərtlərlə alınmasına imkan yaradan kampaniyalar pensiyaçılar üçün ciddi üstünlük hesab edilə bilər: "Belə təşviqlər vətəndaşların bank seçiminə də müsbət təsir göstərir. Vətəndaş üçün əsas meyar bankın adı deyil, təqdim etdiyi xidmətin keyfiyyəti, təhlükəsizlik səviyyəsi, əlavə üstünlüklər və bankomatların əlçatanlığıdır. Əgər bu amillər təmin olunursa, vətəndaş üçün vəsaiti hansı bankın bankomatından çıxarmasının ciddi fərqi qalmır. Yeni mexanizm də məhz bankları müştəri məmnuniyyətini artırmağa və daha rəqabətli xidmətlər təqdim etməyə sövq edəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib