İcra hakimiyyəti binasında silahlı insident - VİDEO
Antalyanın Kepez rayonunda İcra hakimiyyəti binasında iki tapança ilə atəş açaraq qorxu yaradan İlçe Milli Təhsil İdarəsinin əməkdaşı M.Y. barəsində aparılan inzibati araşdırma başa çatıb. Məmura maaşdan tutulma və vəzifə pilləsində irəliləyişin dayandırılması cəzası verilib. O, Tuncelinin Ovacık rayonuna təyin edilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə martın 16-da Kepez İcra hakimiyyəti binasında baş verib. M.Y. iş yerinə iki tapança ilə gəlib və saat 11 radələrində dəhlizə çıxaraq atəş açmağa başlayıb. Silah səslərindən sonra binadakı əməkdaşlar və vətəndaşlar təxliyə edilib. M.Y. isə özünü otağa kililəyib.
Hadisə yerinə çox sayda polis əməkdaşı göndərilib. İntihar edəcəyini bildirən M.Y. təxminən 4,5 saat davam edən danışıqlardan sonra təslim olub. Onun barəsində həm hüquqi, həm də inzibati araşdırma başlanıb.
Hadisə zamanı çəkilən görüntülərdə M.Y.-nin hər iki əlində tapança ilə dəhlizdə hərəkət etdiyi, insanları binadan çıxmaları barədə xəbərdar etdikdən sonra bir neçə dəfə atəş açdığı görünür. M.Y. hadisədən əvvəl sosial media hesabında paylaşdığı videoda isə iş yerində mobbinqə məruz qaldığını iddia etmişdi.
Araşdırma təxminən 5 ay sonra tamamlanıb. Lakin M.Y. səhhəti ilə bağlı davamlı tibbi arayış aldığı və işə çıxmadığı üçün ona verilən cəza və yeni təyinat barədə rəsmi bildiriş çatdırıla bilməyib.
Sonuncu dəfə ərizə təqdim etmək üçün İcra hakimiyyəti binasına gələn M.Y.-nin polis əməkdaşları ilə mübahisə etdiyi bildirilir. Onun haqqında uzaqlaşdırma qərarı olduğunu bildirən polis əməkdaşları M.Y.-ni binaya buraxmayıb. O isə ərazidən uzaqlaşıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 527 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabr