700 il sonra üzə çıxan həqiqət: Tarixin ən bədbəxt əsgəri
Tarix səhifələri döyüş meydanlarında həyatını itirən saysız-hesabsız əsgərlə doludur. Lakin Şotlandiyadakı Stirlinq qalasında aşkarlanan bir skelet bəşəriyyətin şahid olduğu ən qeyri-adi və bədbəxt hadisələrdən birini sənədləşdirir.
Qaynarinfo xəbər verir ki, əsrlər əvvəl, hələ 20 yaşlarının əvvəlində olan bir gəncin qalıqları Paleopatologiya Cəmiyyətinin Avropa sessiyasında təqdim edilən elmi məlumatlarla diqqət mərkəzinə düşüb.
Bradford Universitetinin mütəxəssisi doktor Co Bakberrinin rəhbərliyi ilə araşdırılan və "Skelet 150" adlandırılan bu qalıqlar tarixdə nəhəng katapult mərmisinin birbaşa hədəfi olduğu və nəticədə həyatını itirdiyi sübut edilən ilk qurban hesab olunur.
Qalanın divarlarını dağıtmaq məqsədilə hazırlanmış 100 kiloqramlıq nəhəng daş parçası divarların o tayından atıldıqda bədbəxt gəncin bədəninə dəyib. Boyu cəmi 1,57 metr olan bu əsgərin sümükləri üzərində aparılan araşdırma sümük strukturunda 160-dan çox aşkar sınıq xəttini üzə çıxarıb.
Kəllənin 61 ayrı nöqtədən çatladığı, çiyin nahiyəsində dərin ziqzaqvari sınıqların yarandığı və qabırğalarda 60-a yaxın qeyri-adi, dişli zədələnmə izinin olduğu müəyyən edilib. Mütəxəssislər bədəndə yaranan bu miqyasda dağıntının təsirini müasir dövrdə yüksək sürətli qatar qəzaları və ya onlarla metr yüksəklikdən düşmə halları ilə müqayisə edirlər.
Sümüklərin vəziyyəti əsgərin yıxılmadığını, əksinə həmin anda ayaq üstə olduğunu və ya qaçmağa çalışdığını göstərdiyi üçün yüksəkdən yıxılma ehtimalı istisna edilib.
Skelet ilk dəfə 1997-ci ildə Stirlinq qalasının kapellasının altında yerləşən doqquz ayrı məzardan birində aşkarlanıb. 1296-1304-cü illər arasında ingilislərlə şotlandlar arasında beş dəfə əl dəyişdirən qalada tapılan digər cəsədlərdə də qılınc və nizə izləri olub. Lakin "Skelet 150"dəki zədələrin miqyası əvvəlcə alimləri ciddi şəkildə təəccübləndirib.
Tarixi arxivləri araşdıran tədqiqatçılar İngiltərə kralı I Eduardın 1304-cü ildəki mühasirə zamanı "War Wolf" ("Müharibə canavarı") adlı nəhəng katapult düzəltdirdiyini müəyyən ediblər.
Dövrün qeydlərində divarları parça kimi deşdiyi bildirilən bu nəhəng döyüş maşınından atılan daşın qala divarları əvəzinə insan bədəninə dəyməsi, tarixin ən bədbəxt qurbanının sümüklərində yaranan dəhşətli zədələrin ən məntiqli izahı hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 737 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Belçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabrKos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasını
12 oktyabrRoma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat
14 oktyabr"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı
Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl
14 oktyabrNürnberq aeroportu fəaliyyətini dayandırıb
Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb. "Biz bunun havada baş vermiş fövqəladə vəziyyə
13 oktyabrRusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk
14 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabr