İspaniyada silsilə zəlzələlər baş verib

İspaniyada silsilə zəlzələlər baş veribİspaniyanın cənubundakı Qranadada avqustun 19-na keçən gecə azı 10 zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Seysmik aktivlik nəticəsində binalara ziyan dəyib, onlarla sakin isə təxliyə edilib. Ən güclü zəlzələ, episentri Qranadadan təxminən 7 km cənubda yerləşən Oxixaresdə olan 3,4 maqnitudalı yeraltı təkan olub.

Bundan sonra maqnitudası 1,5 ilə 2,5 arasında olan daha 9 zəlzələ, eləcə də onlarla daha zəif təkrar təkanlar baş verib.

Hakimiyyət orqanları ehtiyat tədbiri olaraq bir çox mağazaları, kilsələri və muzeyləri bağlayıb, həmçinin dövlət müəssisələrinin fəaliyyətini dayandırıb. Çoxmənzilli yaşayış binalarından 600-ə yaxın insan təxliyə edilib.

Əndəlüs hökumətinin nümayəndəsi Antonio Sans əhali üçün birbaşa təhlükənin olmadığını bildirib.

Regionda seysmik aktivlik artıq beşinci gündür ki, davam edir. Daha əvvəlki zəlzələlər vətəndaşların yüngül xəsarət almasına və binaların zədələnməsinə səbəb olmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 190   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransada quraqlıq yanacaq probleminə səbəb oldu

Avropada quraqlıq səbəbindən Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi Fransanın şərqindəki yanacaqdoldurma məntəqələrinə çay yolu ilə yanacaq tədarükündə problemlərə səbəb olub. "Figaro" qəzetinə istinadən xəbər verir ki, quraqlıq Reyn çayında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub

16 avqust
.

Türkiyə Yunanıstanın hava məkanını 430 dəfədən çox pozub

Türkiyə dronları tez-tez Yunanıstan hava məkanına daxil olur və bu da Afina üçün yeni əməliyyat və iqtisadi problemlər yaradır. xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat verib. İlin əvvəlindən bəri, xüsusən də son iki ayda Yunanıstan hakimiyyəti bu cür hadisələrdə artım qeydə alıb. Diqqətəlayi

18 avqust
.

Hindistanda oteldə baş verən yanğında 9 nəfər həyatını itirdi - VİDEO

Hindistanın Kəlkətə şəhərinin mərkəzində yerləşən otellərin birində gecə saatlarında güclü yanğın baş verib. Nəticədə ən azı 9 nəfər həyatını itirib. Xəsarət alan daha 6 nəfər isə dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb. Hadisə Qərb

19 avqust
.

Fransada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər yaralanıb

Fransa Müdafiə Nazirliyinin Hərbi Hava və Kosmik Qüvvələrinin "Cirrus SR-20" təyyarəsi təlim uçuşu zamanı Buş-dü-Ron departamentinin Salon-de-Provans kommunasında qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə Hərbi Hava və Kosmik Qüvvələrinin məlumatında deyilir. Qeyd olunu

17 avqust
.

700 il sonra üzə çıxan həqiqət: Tarixin ən bədbəxt əsgəri

Tarix səhifələri döyüş meydanlarında həyatını itirən saysız-hesabsız əsgərlə doludur. Lakin Şotlandiyadakı Stirlinq qalasında aşkarlanan bir skelet bəşəriyyətin şahid olduğu ən qeyri-adi və bədbəxt hadisələrdən birini sənədləşdirir. Qaynarinfo xəbər verir ki, əsrlər əvvəl, hələ 20 yaşlarının əvvəlind

19 avqust
.

Ərdoğan Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasını tələb edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazında gəmiçiliyin yenidən açılmasına çağırıb və bunun qlobal neft axınlarının bərpasının vacibliyini bildirib. xəbər verir ki, o, bu barədə "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib. O əlavə edib ki, həm Türkiyə, həm də İran ABŞ ilə İran arasınd

17 avqust
.

Rusiya Kiyevi kütləvi atəşə tutdu: 6 nəfər ölüb, 23 nəfər yaralanıb

Rusiya qoşunları Kiyevi kütləvi atəşə tutub, nəticədə 6 nəfər ölüb, 23 nəfər yaralanıb. xəbər verir ki, ilkin məlumata görə, Svyatoshinski, Darnitski və Solomenski rayonlarında zərbələr, dağıntılar və yanğınlar qeydə alınıb. Ulyanovsk vilayətinə dron hücumu cəhdi nəticəsində bir nəfər yaralanıb. Bu barəd

20 avqust
.

Tramp Kanadaya tətbiq edilən tarifləri təxirə saldı

"Kanada və ABŞ sənədləşmə işlərinin tamamlanması şərtilə SAZİŞ imzaladığı üçün sabah səhər qüvvəyə minməli olan Kanadaya tətbiq edilən 50%-lik rüsumu üç gün müddətinə dayandırdım". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp yazıb. "Yuxulu Co Bayden tərəfindən çoxdan ləğv edilmi

19 avqust
.

Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər

2027-ci ildə Tayvanda süni intellektdən əldə edilən dividendlər hesabına hər bir vətəndaşa 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcək. "Qafqazinfo" "Taipei Times Dawn" nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə ümumilikdə 235,7 milyard Tayvan dolları (12 milyard 580 milyo

18 avqust