34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib.

"Qafqazinfo" xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyabr 1992-ci ildə İsveçrədəki 4017 metr hündürlüyündə Vaysmies zirvəsindən keçməklə Almagellerhütteyə getmək üçün yola çıxıb.

Lakin bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən onlar təyinat yerinə çatmayıb. Həmin vaxt aparılan axtarışlar zamanı yalnız bir çanta tapılıb, alpinistlərin özündən isə heç bir iz əldə edilməyib.

İllər keçdikcə itkin alpinistlərin tapılması ilə bağlı axtarışlar nəticəsiz qalıb. Lakin Alp dağlarında buzlaqların əriməsi onilliklərdir buz altında qalan izləri üzə çıxarıb.

İyul ayında Trift buzlağında bir turist insan qalıqları aşkar edib. Qalıqların yaxınlığında tapılan şəxsiyyəti təsdiq edən sənədlər onların 1992-ci ildə itkin düşən iki belçikalı alpinist ola biləcəyinə dair ehtimalları gücləndirib.

Daha sonra ailələrdən götürülən DNT nümunələri ilə aparılan analiz qalıqların məhz həmin iki alpinistə məxsus olduğunu qəti şəkildə təsdiqləyib.

Tapılan qalıqlar məhkəmə ekspertizası üçün Siondakı Məhkəmə Ekspertizası İnstitutuna göndərilib. DNT nəticələrinin açıqlanması ilə iki alpinistin taleyi ilə bağlı 34 il davam edən müəmmaya son qoyulub.

Qeyd edək ki, Alp dağlarında buzlaqların sürətlə əriməsi nəticəsində son illərdə onilliklər əvvəl itkin düşmüş alpinistlərin qalıqlarının üzə çıxması halları artıb.

Mütəxəssislər qlobal istiləşmənin buzlaqların əriməsini sürətləndirdiyini və bunun nəticəsində uzun illər buz altında qalmış insan qalıqları ilə yanaşı, müxtəlif tarixi əşyaların da yenidən üzə çıxdığını bildirirlər.

2023-cü ildə də Matterhorn yaxınlığında 1986-cı ildən bəri itkin hesab olunan alman alpinistin qalıqları buzlağın əriməsi nəticəsində aşkar edilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 700   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi

Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr
.

Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin yeni biometrik pasportlarında doğum yeri kimi "Azərbaycan"ın göstərilməsi barədə danışıb. xəbər verir ki, Paşinyan brifinqdə bu məsələdə Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarının əsas götürülməli olduğunu bildirib

26 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub

Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav

28 noyabr
.

İran MDB-yə qoşulacaq

Müstəqil Dövlətlər Birliyi (MDB) İrana tərəfdaş statusu verməyə hazırlaşır. xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev TASS-a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, söhbət "MDB+" formatında əməkdaşlıqdan gedir. İran prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistand

27 noyabr
.

İsveçin baş naziri Aİ sammitində büdcə ilə bağlı ciddi mübahisə gözləyir

İsveçin müvəqqəti baş naziri Ulf Kristersson Avropa İttifaqının yeddiillik büdcəsi ilə bağlı növbədənkənar sammitdə ciddi mübahisələrin yaşanacağını gözləyir. xəbər verir ki, Kristersson Brüsseldə keçirilən görüşə gələrkən büdcə layihəsində xərclərin həddindən artıq çox olduğunu bildirib. Onun sözlərin

26 noyabr
.

Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfər

27 noyabr
.

İran Hörmüz boğazına nəzarəti əlində saxladığını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ölkənin operativ nəzarəti altında olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayinin sözlərinə görə, stratej

28 noyabr
.

Putin G20 sammitinə gələ bilər - Tramp

Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident

27 noyabr
.

Türkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir

Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni

27 noyabr