""Laçın Şəhəri Günü"ndəki mesajlar ermənilərə xəbərdarlıqdır" - AÇIQLAMA
"30 il işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq artıq xeyli sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Bütün bu işləri dövlətimiz qısa vaxt ərzində həyata keçirib. Digər işğal altında olan rayonlarımız kimi, ermənilər burada da vandal əməlləri ilə məşğul olub, rayonun təbii resurslarını talan ediblər. Onlar Laçında yaşayış məntəqələrinin coğrafi adlarını dəyişdirməkdən tutmuş, qanunsuz məskunlaşmaya qədər hər cür çirkinliklərə əl atıblar. Bu gün isə mənzərə başqadır, işğalın bütün fəsadları aradan qaldırılır, rayonun əvvəlki görkəmi özünə qaytarılır", - bunları Sonxeber.az -a danışan Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov deyib:
"Ümumiyyətlə, Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti işlərinə dövlətimizin başçısı cənab İlham Əliyev bilavasitə nəzarət edir. Birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə mütəmadi səfərlər edərək görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir.
2023-cü il avqustun 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan əlamətdar oldu, bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, Laçında yerli sakinlərlə görüşüb söhbətləşdilər. Təbii ki, öz yurdlarına dönən laçınlıların üzlərindəki sevinc hissləri hər birimizi fərəhləndirdi, onlar ən böyük arzularına qovuşublar və buna görə də Prezidentə təşəkkürlərini bildirirdilər.
Dövlətimizin başçısı həmin gün həmçinin Laçın şəhərində "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak edib. O, tədbirdəki çıxışında bir daha bəyan etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Məlumdur ki, təcavüzkar planları alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-Azərbaycan təbliğatı aparır, elə güman edir ki, havadarlarının köməyi ilə güya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən "dostlarının" əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Prezidentimiz bu barədə son sözü dedi.
Son illər ərzində Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət bu il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
Bu günə kimi Prezident İlham Əliyev xalqına nə vəd veribsə, onun hamısını yerinə yetirib, əməli ilə sözünü hər zaman təsdiqləyib. Çıxışında dövlətimizin başçısı ad günündə - 50 yaşı tamam olanda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla verdiyi vədi xatırlatdı. Artıq nəticə ortadadır. Öz yurduna qayıdan laçınlılar daha rahat, müasir mənzillərlə təmin edilirlər. Onların Laçında firavan yaşaması üçün hər cür şərait yaradılır. Bütün bu nailiyyətlərin önündə dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu