"Laçın Şəhəri Günü büyuk qururla qeyd edilir" - AÇIQLAMA

"Laçın Şəhəri Günü büyuk qururla qeyd edilir" - AÇIQLAMA"Prezident İlham Əliyevin 2023-cü il avqustun 26-da Laçın şəhərində "Laçın Şəhəri Günü" bayram tədbirində iştirakı, Həkəri çayının sahilindən verdiyi mesajlar düşmənlərimizə və onların havadarlarına bir xəbərdarlıq oldu", - bunu Sonxeber.az -a danışan BDU-nun Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Təranə Tağıyeva deyib:

"İlk növbədə, 30 illik işğal dövründə daşı daş üstündə qoyulmayan, əksinə ciddi dağıntılara məruz qalan Laçında cəmi 8 aya şəhər salınması, həmin vaxt üçün 1000-dən çox Laçın sakininin doğma şəhərinə qayıdışının təmin olunması ilə Prezident İlham Əliyev dünyaya rəsmən göstərdi ki, geriyə yol yoxdur. Bu gün laçınlıların döğma yurda qayıdışı davam edir.
Laçın şəhəri, Zabux və Sus kəndləri hərbi Qələbəmizə əsaslanan siyasi məcburetmə formasında düşməndən azad edilib. Qanunsuz məskunlaşmış ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Kapitulyasiya aktına müvafiq olaraq Azərbaycanın çevik tədbirləri nəticəsində vaxtından iki dəfə tez, 2022-ci il avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Elə o zaman Prezident İlham Əliyev Laçın şəhərinə səfər edərək şəhərin mərkəzində Azərbaycan Bayrağını qaldıraraq "artıq bu doğma diyarımızda əbədi yaşayacağımızı" bəyan etdi.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da "Laçın Şəhəri Günü" bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: "23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".
Rusiya sülhməramlılarının himayəsində çoxsaylı alternativ kommunikasiya imkanları olan, eləcə də Laçın-Xankəndi yolunda yaradılmış şəraitdən sürətlə silahlanmaq və növbəti təcavüz aktına hazırlaşmaq üçün istifadə edən Ermənistan, özünün havadarlarının hərbi-siyasi dəstəyi ilə bu status-kvonu dəyişməkdə ümidli idi. Lakin Prezident İlham Əliyev iradə nümayiş etdirib suveren hüququmuz olan Laçın sərhəd-buraxılış məntəqəsini təsis etməklə həm bu bölgənin özünün, həm də regiondakı son sözün sahibinin kim olduğunu göstərdi. 2023-cü il avqustun 26-ı "Laçın Şəhəri Günü"ndə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının ifadə etdiyi kimi, heç bir çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Baş verənlər əslində Ermənistanı məhvə doğru aparır. "Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".
Prezident İlham Əliyevin Laçın səfərində diqqət çəkən digər məqam dövlət başçısının daha bir vədini yerinə yetirməsi vurğu oldu: "Prezidentin özünün ifadə etdiyi kimi, O, 50 yaşı tamam olanda Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində laçınlılara azad Laçında daha gözəl şərait vəd etmişdi. Etiraf edək ki, işğal altındakı rayonlarımız arasında azad edilməsi ən müşkül bölgə Laçın idi. Təbii-coğrafi mürəkkəblikdən əlavə Laçın Ermənistan və havadarları üçün siyasi rıçaq idi və azad olunması üçün yalnız güclü ordu kifayət etmirdi. Lakin güclü ordusu, kəskin diplomatik zəkası, mübahisəsiz üstün liderlik qabiliyyəti, ən əsası isə xalqın istisnasız inamı, sevgisi və dəstəyi ilə Prezident İlham Əliyev bütün vədləri kimi, bu vədinə də sadiq qaldı. Mehriban xanım Əliyevanın dünən sosial media hesabında Şərqi Zəngəzurdan paylaşımında ifadə etdiyi kimi, "Kəlbəcər və Laçında! Allaha min şükür!"
Möhtərəm Prezident bu dəfə isə elə Laçının özündən vəd verdi. "Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 476   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Kamboca münasibətlərində ortaq çağırışlar və əməkdaşlıq imkanları

Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, münaqişələrin nəticələrinin aradan qaldırılması və humanitar problemlərin həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

13 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

İlham Əliyev: "Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır"

"Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına həmrəylik mesajı: Ortaq dəyərlər, ortaq mövqe və sarsılmaz birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər əsrlərin sınağından keçmiş tarixi bağlılığa, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. "Bir millət, iki dövlət" ifadəsi xalqlarımızın bir-birinə münasibətin

14 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurm

14 oktyabr
.

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"

Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib. xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın "Joxovurd"

13 oktyabr