Aİ Ukraynaya 200 milyon avro ayrılması barədə sorğunu qəbul etməyib
Avropa İttifaqı (Aİ) kənd təsərrüfatı sahəsinə dəstək üçün 220 milyon avro ayrılması barədə Ukraynanın sorğusunu faktiki olaraq rədd edərək, Kiyevə artıq mövcud olan yardım mexanizmləri və proqramlarından istifadə etməyi tövsiyə edib.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Ukraynanın kənd təsərrüfatı nazirinin avqustun 7-də Avropa Komissiyasına göndərdiyi müraciətə cavab olaraq, Komissiya ölkənin aqrar sahəsinə kömək üçün artıq mövcud olan alətlərə istinad edib.
Xüsusilə, ukraynalı fermerlər kreditlər üzrə faiz dərəcələrinin subsidiyalaşdırılması da daxil olmaqla, "Ukraine Plan" çərçivəsində artıq dəstək alırlar.
Bundan əlavə, Avropa Komissiyası sahibkarlara, o cümlədən fermerlərə maliyyə ayıran Ukrayna banklarının kreditləşdirmə proqramlarını dəstəkləyir. Lammertin sözlərinə görə, bu proqramlar likvidlik çatışmazlığı yaşayan kənd təsərrüfatı istehsalçılarına kömək edə bilər.
"Avropa Komissiyası Ukrayna hakimiyyəti ilə Qara dənizdəki vəziyyəti və Rusiyanın atəşə tutmasının, o cümlədən ölkənin ərzaq ixracının, ilk növbədə taxılın daşınması üçün nəticələrini müzakirə etməyə davam edir", - Lammert qeyd edib.
Həmçinin Aİ ərazisindən keçən "həmrəylik dəhlizləri" adlandırılan alternativ ixrac marşrutları məsələsi üzrə Ukrayna, Rumıniya və Moldova ilə koordinasiya həyata keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 333 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi
Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"
27 noyabrYa sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin yeni biometrik pasportlarında doğum yeri kimi "Azərbaycan"ın göstərilməsi barədə danışıb. xəbər verir ki, Paşinyan brifinqdə bu məsələdə Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarının əsas götürülməli olduğunu bildirib
26 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub
Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav
28 noyabrİran MDB-yə qoşulacaq
Müstəqil Dövlətlər Birliyi (MDB) İrana tərəfdaş statusu verməyə hazırlaşır. xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev TASS-a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, söhbət "MDB+" formatında əməkdaşlıqdan gedir. İran prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistand
27 noyabrİsveçin baş naziri Aİ sammitində büdcə ilə bağlı ciddi mübahisə gözləyir
İsveçin müvəqqəti baş naziri Ulf Kristersson Avropa İttifaqının yeddiillik büdcəsi ilə bağlı növbədənkənar sammitdə ciddi mübahisələrin yaşanacağını gözləyir. xəbər verir ki, Kristersson Brüsseldə keçirilən görüşə gələrkən büdcə layihəsində xərclərin həddindən artıq çox olduğunu bildirib. Onun sözlərin
26 noyabrİran Hörmüz boğazına nəzarəti əlində saxladığını açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ölkənin operativ nəzarəti altında olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayinin sözlərinə görə, stratej
28 noyabrPutin G20 sammitinə gələ bilər - Tramp
Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident
27 noyabrTürkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir
Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni
27 noyabr