Abituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?

Abituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?Bu il ali məktəblərə qəbul üçün abituriyentlərin sayının artması fonunda plan yerlərinin daha məhdud genişləndirilməsi təhsil imkanları və əmək bazarının tələbləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Qəbul planları ali məktəblərin təklifləri əsasında hazırlanır, aidiyyəti qurumlarla razılaşdırılır və Nazirlər Kabineti tərəfindən təsdiqlənir.

Bəs, plan yerlərinin müəyyənləşdirilməsi zamanı abituriyentlərin artan sayı ilə yanaşı, əmək bazarının gələcək tələbatı, universitetlərin imkanları və gənclərin real ixtisas seçimləri nə dərəcədə nəzərə alınır?
Abituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bir neçə il əvvəl belə proqnozlaşdırılırdı ki, 2026-2027-ci tədris ilinə qədər Azərbaycanda qəbul planı 65 min, hətta bir qədər də çox olacaq. Bu istiqamətdə müəyyən fikirlər səsləndirilirdi.

"Ancaq artıq Dövlət İmtahan Mərkəzinin nəticələri, həm plan yerlərinin sayı, həm də sənəd verənlərlə bağlı statistika ortadadır. Bu il üçün qəbul planında 61 516 nəfər nəzərdə tutulub. Bu da onu göstərir ki, hər il təxminən 60 min və üzərində məzun olur. Təəssüf ki, bu gün əmək bazarına olan tələbat lazımi səviyyədə araşdırılmır və ali məktəblərə qəbul üçün ayrılan plan yerləri əmək bazarının tələblərinə uyğun hesablanmır. Əmək bazarında bu gün daha çox işlə təmin oluna biləcək ixtisas sahiblərindən biri müəllimlərdir. Halbuki hər il müəllimlərin işə qəbulu ilə bağlı 60-70 min müraciət olduğu halda, cəmi 500-600, bəzi hallarda isə 1000 vakansiyanın təmin edilməsi mümkün olur. Bu artıq o deməkdir ki, müraciət edənlərin sayından təxminən 10 dəfə az vakansiya mövcuddur. Əlbəttə, bütün bu problemlər nəzərə alınmalı və gələcəkdə ali təhsil müəssisələrinə qəbul planlarında öz əksini tapmalıdır".

Ekspert bildirib ki, təəssüf ki, ali təhsil müəssisələrində, xüsusilə də özəl universitetlərdə qəbul yerlərinin genişləndirilməsi ilə bağlı imkanlar görürük:

"Halbuki onların akkreditasiya standartları, kadr hazırlığı və digər məsələləri də nəzərə alınmalıdır. Demək istəyirəm ki, bütün özəl universitetlərə şamil olunmasa da, əksəriyyətində kadr hazırlığı əmək bazarının tələblərinə və şərtlərinə uyğun gəlmir. Hətta bəzi dövlət universitetlərində də müasir avadanlıqların və tədris proqramlarının əmək bazarı ilə əlaqələndirilməsi məsələsində problemlər var. Ona görə də bu məsələ ilə bağlı yüksək səviyyədə təşəbbüslər olmalıdır. Artıq ali təhsil müəssisələri ilə böyük şirkətlər, firmalar və müəssisələr arasında daha sıx əlaqələr qurulmalıdır. İşəgötürənlərin özləri də universitetlərdə maraqlı olmalıdırlar ki, onlar üçün tələb olunan kadrlar hazırlansın".

Onun sözlərinə görə, bu gün Azərbaycan ali təhsil müəssisələri ilə iş adamları arasında münasibətlər ürəkaçan səviyyədə deyil:

"İnkişaf edən məqamlardan biri isə ali təhsil müəssisələrindən təcrübəyə gedən tələbələrlə bağlı müəyyən addımların atılmasıdır. Heç olmasa həmin müəssisələrin tələbələri müvəqqəti iş müqaviləsi ilə işə götürməsi və həmin müddətin onların iş təcrübəsi kimi nəzərə alınması müsbət addımdır. Bu, gələcəkdə tələbənin hər hansı iş yerinə CV təqdim edərkən həmin müddəti iş təcrübəsi kimi göstərməsinə imkan yarada bilər. Bu gün abituriyentlərin seçdiyi peşələr də müəyyən hallarda onların arzularına və istəklərinə görə deyil, Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qruplar və topladıqları ballara əsasən formalaşır. Bu da müəyyən uyğunsuzluqlar yaradır. Məsələn, hüquqşünaslıq istəyən şəxs sonradan tarix müəllimi olur, həkim olmaq istəyən abituriyent isə kimya-biologiya müəllimliyini seçir. Ona görə də sistemin özündə, xüsusilə ixtisas seçimi ilə bağlı müəyyən islahatlara ehtiyac var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 362   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad

29 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Sərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?

Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo

29 oktyabr
.

Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?

Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə

29 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr