Üzərinə ağac aşan avtomobilin ziyanını kim ödəməlidir? - AÇIQLAMA
Avtomobilin üzərinə ağac aşması nəticəsində yaranan zərərin kimin tərəfindən ödənilməsi ağacın yerləşdiyi ərazi, ona qulluq və nəzarətə cavabdeh qurumun müəyyən edilməsi ilə bağlıdır. Belə hallarda avtomobilin icbari sığortası adətən bu zərəri qarşılamır, çünki bu sığorta avtomobilin istifadəsi nəticəsində üçüncü şəxslərə vurulan zərəri əhatə edir.
Bəs, ağacın aşmasına görə məsul qurum necə müəyyən edilir, KASKO olmadıqda avtomobil sahibi dəymiş zərərin ödənilməsi üçün hara müraciət etmək lazımdır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, ağacın qoparaq avtomobilin üzərinə düşməsi və avtomobili zədələməsi yalnız KASKO sığortası üzrə qarşılana bilər. Çünki KASKO könüllü sığorta növüdür.
"İstər ağacın avtomobilin üzərinə düşərək zədələməsi, istər hansısa reklam panelinin avtomobilin üzərinə düşməsi, binanın üzərindən fasadın qoparaq avtomobili zədələməsi, istərsə də hər hansı şəxsin bilərəkdən və ya bilməyərəkdən avtomobilə hər hansı predmetlə zərər vurması kimi hallar KASKO sığortası üzrə qarşılanır. Digər tərəfdən, avtomobilə dəymiş zərər bəzi hallarda başqa sığorta növü üzrə də qarşılana bilər. Məsələn, qeyri-yaşayış obyektləri üçün "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" mövcuddur. Hər hansı şirkət və ya qeyri-yaşayış obyekti bu sığorta məhsulunu əldə edibsə və həmin obyektin fəaliyyəti nəticəsində digər əmlaka zərər dəyibsə, bu, sığorta hadisəsi hesab oluna və zərər qarşılana bilər".
Ekspert bildirib ki, hər hansı qeyri-yaşayış obyektində yanğın və ya partlayış baş verib, nəticədə yanğın avtomobilə keçib və ya partlayış zamanı hər hansı predmet avtomobilin üzərinə düşərək onu zədələyibsə, bu halda həmin zərər qeyd edilən sığorta növü üzrə qarşılana bilər. Amma digər hallarda, xüsusilə də ağacın avtomobilin üzərinə düşərək onu zədələməsi zamanı avtomobilin KASKO sığortası yoxdursa, bu artıq sığorta tərəfindən qarşılanan hadisə deyil.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 873 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir
30 oktyabrGənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad
29 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrMəktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
29 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabrSərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?
Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo
29 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabr