Dünyada ilk: Nəhəng piton xərçəngdən xilas edildi
Böyük Britaniya zooparklarından birində nəhəng pitona dünyada ilk dəfə olaraq, adətən insanlar üçün nəzərdə tutulan elektrokimyaterapiya metodu tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, çəkisi 50 kiloqram, uzunluğu isə 4,5 metr olan ilan yeməkdən imtina edir və tez-tez hərəkətsiz qalırmış. Müayinə zamanı həkimlər onun çənəsində bədxassəli şiş aşkar ediblər. Şiş əvvəlcə cərrahi yolla çıxarılsa da, sonradan yenidən inkişaf edərək sümüyü parçalamağa başlayıb və ilanın həyatı üçün ciddi təhlükə yaradıb.
Bu mərhələdə yerli baytar İen Eşpol Liverpul Universitetindən olan onkoloqlarla birlikdə bleomisin preparatının və elektrik impulslarının tətbiq olunduğu proseduru sürünən üçün uyğunlaşdırıb. Doxsan dəqiqə davam edən əməliyyatdan sonra piton yenidən normal qidalanmağa başlayıb. Zoopark işçilərinin sözlərinə görə, nəhəng ilan əməliyyatdan sonra əvvəlki aktivliyini bərpa edib.
Aparılan yoxlamalar ilanda xərçəngin heç bir əlamətinin qalmadığını göstərib.
Xəbərdə bildirilir ki, əməliyyat zamanı pitonu yerləşdirmək məqsədilə iki nəfərlik çarpayı böyüklüyündə platforma yaratmaq üçün iki masanı birləşdirmək lazım gəlib.
Unikal prosedur barədə ətraflı məlumat beynəlxalq ictimaiyyət üçün dərc ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 326 Tarix: 22 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrBəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12 oktyabr