İkinci dəfə estetik əməliyyat olunan kişinin burnu çürüdü
Türkiyənin Diyarbəkir şəhərində nəfəs darlığı şikayəti ilə özəl xəstəxanada əməliyyat olunan Mazlum İlikin əməliyyatdan sonra burnu çürüyüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Mazlum İlik 2023-cü ilin dekabrında estetik burun əməliyyatı keçirib.
Təxminən iki il sonra nəfəs darlığı problemi yaşadığı üçün Diyarbəkirin Yenişehir rayonundakı özəl xəstəxanalardan birinə müraciət edib və qulaq-burun-boğaz həkiminin məsləhəti ilə ikinci dəfə əməliyyat olunub.
İlikin sözlərinə görə, əməliyyatdan təxminən 5 gün sonra burnunun ucunda qan toplanıb və nekroz yarandığı bildirilib. Bundan sonra o, hiperbarik oksigen terapiyasına yönləndirilib və 20 gün müalicə alıb.
Lakin müalicənin nəticə vermədiyini deyən İlik bildirib ki, daha sonra ona müxtəlif kremlər təyin edilib. Onların da fayda vermədiyini görən həkim burnundakı izi aradan qaldırmaq üçün yanağından toxuma götürülərək yeni əməliyyat aparılmasını təklif edib.
İlik bu təklifi qəbul etməyib və başqa həkimlərə müraciət edib.
"Diyarbəkirdə və başqa şəhərlərdə plastik cərrahlar və qulaq-burun-boğaz mütəxəssisləri ilə görüşdüm. Müalicə üçün başqa şəhərlərdəki xəstəxanalara yönləndirildim. Mənə təxminən 40 min avro xərc çıxardılar. Bu məbləği ödəyə bilmədiyim üçün xərcin həkim və xəstəxana tərəfindən qarşılanmasını istədim. Ancaq razılığa gəlmədilər", - deyə o bildirib.
Mazlum İlik əməliyyatdan sonra üzündə iz qaldığını və bunun ona həm maddi, həm də mənəvi zərər vurduğunu deyib.
Onun vəkili Qürbet Bilbay isə xəstəxana və həkimlə bağlı hüquqi prosedura başladıqlarını bildirib. Vəkilin sözlərinə görə, məsələ ilə bağlı cinayət xarakterli şikayət verilib və malpraktis iddiası qaldırılıb.
Özəl xəstəxananın nümayəndələri isə məsələnin xəstəxana ilə deyil, əməliyyatı həyata keçirən həkimlə bağlı olduğunu bildiriblər. Həmin həkimin hazırda illik məzuniyyətdə olduğu qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 257 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək
ABŞ Ədliyyə Nazirliyi, "TikTok" platforması və bu sosial şəbəkəni yaradan "ByteDance" şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətini
23 avqustZelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın məşhur "Maşa və Ayı" cizgi serialının yaradıcılarına qarşı sanksiya tətbiq edib. -ın məlumatına görə, sanksiyalar serialın istehsalçısı olan "Animaccord" studiyasına, prodüser Dmitri Loveikoya və animator Oleq Kuzovkova şamil olunub
22 avqustAlmaniya uzaqmənzilli arsenal hazırlayır: Xərclənəcək böyük məbləğ açıqlandı
Almaniya uzaqmənzilli arsenalın yaradılmasını sürətləndirmək qərarına gəlib və artıq işə necə başlayacağını müəyyən edib. İlk raketlərin 2027-ci ildə əldə edilməsi planlaşdırılır, bütün proqrama isə Almaniya Müdafiə Nazirliyi ilkin olaraq təxminən 12 milyard avro büdcə ayırıb. -ın xarici KİV-ə istinadə
23 avqustAlimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir. xarici mediaya istinadla xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib. Məlumata əsasən, kişi çat-bot
23 avqustEdamı 8 dəfə təxirə salındı: "Quş adam" 101 yaşında öldü
ABŞ-da 1950-ci ildə ölüm cəzasına məhkum edilən Frensis Klifford Smit səkkiz dəfə edamını gözləsə də, hər dəfə hökmün icrası təxirə salınıb və ya ləğv edilib. xarici mediaya istinadən xəbər verir ki, 70 ildən çox həbsdə qalan Smit bu ilin iyununda 101 yaşında vəfat edib. O, Konnektikut ştatında yaxt
23 avqustABŞ 20 milyard dollarlıq Kanada məhsullarına 50 % rüsum tətbiq edib
ABŞ bu gün Kanada istehsalı olan 20 milyard dollar dəyərində məhsullara 50 faiz rüsum tətbiq edib. "Report" xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayıb. ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumları Kanadanın Birləşmiş Ştatlara hər il tədarük etdiyi malları
23 avqustCənubi Afrikada boks üzrə keçmiş dünya çempionu öldürüldü
Cənubi Afrikadan olan boks üzrə keçmiş dünya çempionu Zolani Tete Cənubi Afrikanın Mdantsane şəhərində, evinin yanında öldürülüb. -ın xəbərinə görə, bu barədə SABC radiostansiyası məlumat verib. Qeyd olunur ki, Zolani Tete məşqdən qayıdarkən evinin qarşısında maşını saxlayıb və darvazanın açılmasın
22 avqustRusiya Odessada enerji obyektlərinə ciddi ziyan vurub
Avqustun 22-nə keçən gecə Rusiyanın hücumu Ukraynanın Odessa vilayətində "DTEK" enerji şirkətinin enerji obyektlərinə ciddi ziyan vurub, onların bərpası üçün vaxt tələb olunacaq. "Report" "DTEK"ə istinadən xəbər verir ki, enerji mütəxəssisləri hərbçilərdən və xilasedicilərdə
22 avqustXərçəng cavanlaşır: 40 yaşdan kiçik insanlarda hansı xərçəng növləri artır?
Gənclər arasında bəzi xərçəng növlərinin aşkarlanması hallarında nəzərəçarpacaq artım qeydə alınıb. xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı alimlər İngiltərənin tibbi statistikasını araşdıraraq 20-40 yaşlı insanlar arasında 11 xərçəng növünə daha çox rast gəlindiyini müəyyən ediblər. Söhbə
23 avqust