Meqan Markl qayıdır?
Britaniya kral ailəsinin üzvü, Sasseks hersoginyası Meqan Markl "Netflix" platformasında yayımlanan "Cənablar" ("The Gentlemen") serialının üçüncü mövsümündə rol ala bilər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Meqan Marklın layihədə çəkilməklə bağlı danışıqlar apardığı bildirilir. "Deadline"ın məlumatına görə, hersoginyanın hansı obrazı canlandıracağı və neçə seriyada yer alacağı hələlik məlum deyil. Çəkilişlərin payızda başlaması planlaşdırılır.
Baş rolunu Teo Ceymsin ifa etdiyi serial 2024-cü ildə "Netflix"in ən uğurlu layihələrindən birinə çevrilib. İlk dörd həftə ərzində serialı 44 milyon izləyici izləyib.
Qeyd edək ki, "Cənablar" 2019-cu ildə Qay Riçinin eyniadlı filminin davamı hesab olunur. Filmdə Metyu Makkonahi, Mişel Dokeri və Hyu Qrant kimi aktyorlar rol alıb.
Meqan Marklın mümkün aktyorluq qayıdışı onun və həyat yoldaşı, şahzadə Harinin Böyük Britaniyaya qayıtması ilə bağlı xəbərlərin fonunda gündəmə gəlib. Məlumata görə, cütlüyün övladları Arçi və Lilibet Britaniyada məktəbə yazdırılıb. Ailənin ölkədə şəxsi evdə yaşayacağı və kral ailəsinin işləməyən üzvləri kimi statuslarını qoruyacağı bildirilir.
Xatırladaq ki, Meqan və Harri 2020-ci ildə Böyük Britaniyanı tərk ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 283 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrBəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12 oktyabr