Alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib.
Məlumata əsasən, kişi çat-bota planlaşdırdığı hərəkətləri ətraflı təsvir edib və onların həyata keçirilməsi ilə bağlı məsləhətlər almağa çalışıb.
Sistem təhlükəli məzmunlu mesajları qeydə aldıqdan sonra məlumat ABŞ Federal Təhqiqatlar Bürosuna (FBI) çatdırılıb. FBI isə mümkün təhlükə barədə Braziliya hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Araşdırma zamanı polis kişinin həqiqətən də oğluna qarşı cinayət törətməyi planlaşdırdığı qənaətinə gəlib. Şübhəlinin yaşadığı ünvanda axtarış aparılıb.
Kişi planını həyata keçirmədiyi üçün saxlanılmayıb, lakin faktla bağlı araşdırma davam etdirilir. Braziliya polisi hadisənin ölkədə süni intellekt sisteminin ağır cinayətin qarşısının alınmasına kömək etdiyi ilk belə hal olduğunu bildirib.
Hazırda 14 yaşlı yeniyetmənin təhlükəsiz yerdə olduğu və onun müdafiəsi üçün tədbirlərin görüldüyü qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 427 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrBəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12 oktyabr