Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.
Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetdə yaradılmış şəraitin tələbələrin xoşuna gəlib-gəlmədiyini soruşub. Tələbələr suala müsbət cavab veriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarına Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbə, həmçinin Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda göstərilən böyük ehtirama görə təşəkkürünü bildirib.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan dilində salamlayıb və öz şeirlərini səsləndirib.
Daha sonra tələbə hər iki dövlət başçısına kitab hədiyyə edib. Ardınca Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə xatirə fotosu çəkdiriblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 187 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti - Qurultaya keçirilən ilk seçkinin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb. -a istinadən məktubu təqdim edir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının yen
23 avqustDaşkənddə Əliyev-Mirziyoyev görüşü üçün HAZIRLIQ - VİDEO
Özbəkistan Prezidentinin İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü üçün hazırlıq işləri görülür. xəbər verir ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində keçiriləcək yüksəksəviyyəli görüşlə əlaqədar iqamətgahda son hazırlı
23 avqustAzərbaycan-Özbəkistan əlaqələrində YENİ DÖVR - VİDEO
"Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir". xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. O bildirib ki, budəfəki səfərin əsas xüsusiyyətlərindən biri siyasi müttəfiqliyi
23 avqust