TURAL İSMAYILOV: "G20 Zirvə görüşünə dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir"

TURAL İSMAYILOV: "G20 Zirvə görüşünə dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir"Xəbər verildiyi kimi, Azərbaycan 2026-cı il dekabrın 14-15-də ABŞ-n Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunan ölkələr sırasındadır. Bu dəvət ölkəmizin beynəlxalq nüfuzunun və qlobal iqtisadi-siyasi gündəmdə rolunun artması baxımından faydalıdır.

Keçiriləcək Zirvə görüşü ilə bağlı Sonxeber.az-a açıqlama verən analitik Tural İsmayılov əhəmiyyətli məsələlərə toxunub:

"G20 qlobal iqtisadiyyatın əsas aktorlarının toplandığı platformadır və burada iştirak Azərbaycanın yalnız regional deyil, daha geniş geosiyasi və iqtisadi gündəmdə nəzərə alındığını göstərir. Xüsusilə ABŞ tərəfindən bu dəvətin irəli sürülməsi Bakı ilə Vaşinqton arasında münasibətlərin strateji məzmununun dərinləşdirilməsi baxımından mühüm siyasi mesajdır. Bu, ABŞ-ın Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, regional sabitlik və Şərq-Qərb bağlantılarındakı rolunu diqqətdə saxladığını göstərir".

Ekspert vurğulayıb ki, Azərbaycan belə bir platformada ilk növbədə Orta Dəhlizin inkişafını, enerji təhlükəsizliyini, bərpaolunan enerji potensialını və yeni nəqliyyat-kommunikasiya layihələrini gündəmə gətirə bilər.

Həmsöhbətimiz onu da əlavə etdi ki, G20-də iştirak Azərbaycanın böyük şirkətlər üçün cəlbediciliyini artıra bilər:
"Bununla yanaşı, Azərbaycanın COP29 təcrübəsi, yaşıl enerji keçidi, rəqəmsal transformasiya və regional iqtisadi əməkdaşlıq imkanları da təqdim edilə bilər. G20 platforması ölkəyə yeni investorlarla birbaşa təmas qurmaq, iri maliyyə institutları və transmilli şirkətlərin diqqətini Azərbaycana yönəltmək baxımından əlavə imkanlar yaradır"
Politoloq son olaraq diqqətə çatdırdı ki, Azərbaycan özünün geoiqtisadi üstünlüklərini investisiya layihələrinə çevirməli və iqtisadi diplomatiyanı daha fəal şəkildə qurmalıdır:

"Burada əsas məsələ sadəcə dəvət olunmaq deyil, həmin platformadan konkret nəticələr əldə etməkdir. ABŞ-ın dəvəti isə Vaşinqtonun Azərbaycanı Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında əhəmiyyətli tərəfdaş kimi gördüyünü göstərən siyasi siqnaldır. Bu baxımdan G20-də iştirak Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi ilə yanaşı, ABŞ-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq mərhələsinin formalaşmasına da zəmin yarada bilər".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 270   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video

Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb

29 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun

29 oktyabr