Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?Dünyada milyonlarla insan axşam saat 6-dan sonra yeməyin artıq çəkiyə səbəb olub-olmadığını düşünür. Bu məsələ xüsusilə gec saatlara qədər işləyən insanlar üçün aktualdır.

Qaynarinfo xəbər verir ki, bəziləri orqanizmə zərər vermək qorxusundan acqarına yatmağa üstünlük verir. Lakin alimlər bildirirlər ki, müəyyən saatdan sonra yemək qadağasının elmi əsası yoxdur.

Saat 18:00-dan sonra yeməmək arıqlamağa kömək edirmi?

"WebMD" portalının məlumatına görə, gec yemək digər vaxtlarda yeməkdən nə daha zərərlidir, nə də daha faydalıdır. Axşam saat 6-dan sonra yeməyə qoyulan qadağa adi bir mifdir.

Bu fikrin tərəfdarlarından bunun səbəbini soruşduqda onlar adətən həmin vaxt yeyilən qidanın dərhal bədəndə yağ şəklində toplanacağını söyləyirlər.

Lakin müasir həkimlər hesab edirlər ki, əsas məsələ yeməyin saatı deyil, qəbul edilən qidanın miqdarı və fiziki aktivlikdir. İnsan gün ərzində yandırdığından daha çox kalori qəbul etdikdə artıq çəki alır. Bu baxımdan, axşam yeməyinin yatmazdan neçə saat əvvəl yeyilməsi həlledici deyil.

Məsələn, gündəlik ehtiyacınız 2200 kaloridirsə, lakin saat 17:00-a qədər 2500 kalori qəbul etmisinizsə, yenə də çəki ala bilərsiniz.

Mütəxəssislərin qeyd etdiyi bir elmi araşdırmada eyni miqdarda qida qəbul edildikdə gec yeməyin çəki artımını iki dəfə sürətləndirə biləcəyi ehtimalı irəli sürülüb. Lakin həmin təcrübə insanlar üzərində deyil, siçanlar üzərində aparılıb. Buna görə də nəticəni insanlara birbaşa şamil etmək olmaz.

Beləliklə, arıqlamaq istəyən insanların axşam saat 6-dan sonra yeməkdən qorxmasına ehtiyac yoxdur. Bunun əvəzinə qəbul edilən kalorilərin miqdarına nəzarət etmək və fiziki aktivliyi artırmaq tövsiyə olunur. Əgər yandırdığınız kalori qəbul etdiyinizdən çoxdursa, saatın neçə olduğunu nəzərə almadan arıqlayacaqsınız.

"Saat 6-dan sonra yeməyin" mifi haradan yaranıb?

Bu fikrin kütləvi şüurda yayılmasının səbəblərindən biri marketoloqların yadda qalan, yuvarlaq rəqəmləri sevməsi ola bilər. Məsələn, "18:00-dan sonra yeməyin" və ya "gündə 10 min addım atın" kimi tövsiyələri yadda saxlamaq və təbliğ etmək asandır.

Lakin dietologiyada arıqlamaq üçün yatmazdan neçə saat əvvəl yeməyin dayandırılmalı olduğunu müəyyən edən "sehrli" rəqəm yoxdur. Sağlam və balanslaşdırılmış şam yeməyi hətta axşam saat 20:00-da yeyilsə belə, öz-özlüyündə zərərli deyil.

Saat 6-dan sonra yeməmək üçün real səbəblər

Saat 18:00-dan sonra yeməyə qoyulan qadağa ümumilikdə mif olsa da, gec saatlarda ağır yeməkdən imtina etmək və ya qəbul edilən qidanın miqdarına nəzarət etmək üçün real səbəblər var.

Doyumlu şam yeməyi yuxunun keyfiyyətini pisləşdirə və mədə yanmasını gücləndirə bilər. Orqanizmin qidanı həzm etməyə vaxt tapması üçün yatmazdan 3-4 saat əvvəl yemək tövsiyə olunur. Ehtimal edilir ki, saat 6 ilə bağlı mif də buradan yaranıb: insanların əksəriyyəti təxminən saat 22:00-da yatır.

Başqa bir səbəb isə axşam saatlarında insanların televizor qarşısında oturmasıdır. Televizora baxarkən çoxları çərəz, sendviç və digər qəlyanaltılara müraciət edir. Bu zaman qəbul edilən qidanın miqdarını aşmaq olduqca asandır.

Bəzi insanlarda gecə qəlyanaltısı problemi də var. Belə qida qəbulları çox vaxt peçenye, çips, şokolad və konfet kimi yüksək kalorili məhsullardan ibarət olur. Nəticədə artıq çəkiyə səbəb ola bilər.

Ancaq saat 6-dan sonra yeməməyin özündə hər hansı "sehrli" təsir yoxdur. Yatmazdan bir neçə saat əvvəl kiçik qəlyanaltı qəbul etsəniz, ciddi problem yaranmayacaq. Həkimlər bu məqsədlə yağsız kəsmik, yoqurt, meyvə və ya tərəvəz yeməyi tövsiyə edirlər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2958   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Halsızlıq, tərləmə, əzələ qıcolmaları: Hansı əlamətlərə diqqət etməliyik? - AÇIQLAMA

Payız aylarında günəşli saatların azalması və insanların açıq havada daha az vaxt keçirməsi D vitamini səviyyəsinə təsir göstərə bilər. Bununla belə, vitamin və mineral çatışmazlığı hər kəsdə eyni dərəcədə yaranmır və yalnız mövsümün dəyişməsi bütün insanlara geniş check-up müayinəsi və analizlər verməy

12 noyabr
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

15 noyabr
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

8 noyabr
.

Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? - Video

Xərçəngin müalicəsində şiş hüceyrələrini daha dəqiq hədəfə alan və sağlam toxumaları qoruyan yeni nəsil üsullar sürətlə inkişaf etdirilir. Rusiyada da yeni mərhələnin başlanması istiqamətində mühüm addım atılır. Alimlər yoğun bağırsaq xərçənginin müalicəsində "mRNT" texnologiyasına əsaslana

22 noyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr
.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalmas

15 noyabr
.

Ürək sağlamlığını qorumağa kömək edən 5 qida

Ürək-damar sisteminin sağlamlığı yalnız fiziki aktivlikdən deyil, gündəlik qidalanma vərdişlərindən də asılıdır. Düzgün seçilmiş məhsullar qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə, qan damarlarının fəaliyyətinin dəstəklənməsinə və ürək xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Xüsusil

18 noyabr
.

Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır - Video

Baku TV-nin "Baku Med" verilişinin budəfəki buraxılışında üz-çənə cərrahiyyəsindən danışılıb. Ağız boşluğunda yaranan törəmələr nə dərəcədə təhlükəlidir?. Müxtəlif növ törəmələr bir-birindən necə fərqlənir?. Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər?. Törəmələrə müdaxil

21 noyabr