Laçın günümüz mübarək olsun!

Laçın günümüz mübarək olsun!Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Bu günlər millətimizin sarsılmaz iradəsini, Vətən sevgisini, mübarizə əzmini və qəhrəmanlıq ruhunu təcəssüm etdirir. Həmin günlərdən biri də 26 avqust - Laçın Şəhəri Günüdür.
Laçın səfalı yaylaqları, zəngin tarixi, milli-mədəni irsi ilə Azərbaycan xalqının incilərindən biridir. Tarixə nəzər salsaq görərik ki, 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və avantürist idarəçiliyi nəticəsində Azərbaycanın həm dövlət suverenliyi, həm də ərazi bütövlüyü təhlükə altına düşmüşdü. Bu səriştəsiz siyasətin davamı olaraq, əsrlər boyu igidlik dastanları ilə yadda qalan Laçın rayonu 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı. Bu müqəddəs diyarın işğalı isə Azərbaycan üçün təkcə hərbi-siyasi yox, həm də mənəvi və strateji məğlubiyyət idi. Həmin dövrün rəhbərliyi xalqı müdafiəsiz qoyaraq, şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutdular. On minlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü. İşğal dövründə Ermənistan tərəfi də Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul oldu, soyqırımları, bir çox digər hərbi cinayətlər törətdilər. Bütün bunlar isə dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Çox təəssüflər olsun ki, haqdan, ədalətdən danışanlar bütün bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan digər məsələlərdə olduğu kimi, Laçını da işğaldan azad etməklə beynəlxalq hüququ bərpa etdi.
İşğal dövründə laçınlılar heç vaxt doğma yurdlarına qayıtmaq ümidini itirmədilər. Onlar illərlə "bir gün mütləq qayıdacağıq" inamı ilə yaşadılar. Bu ümid Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində reallığa çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata uyğun olaraq, 1 dekabr 2020-ci ildə Laçın rayonu bir güllə atılmadan, bir damla qan tökülmədən işğaldan azad edildi. Bu hadisə Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə parlaq qələbəsinin təzahürü oldu.
İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Bu gün Laçın da daxil olmaqla, işğaldan azad edilmiş digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir. Bütün bunlar dövlətimizin gücünü və xalqımızın gələcəyə inamını nümayiş etdirir.
Bu gün biz şəhidlərimizi sonsuz hörmətlə anır, qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti ilə qürur duyuruq. Hesab edirəm ki, Laçın Şəhəri Günü həm də gələcəyə inamın, milli birliyin, dövlət-xalq həmrəyliyinin təntənəsidir. Laçın günümüz mübarək olsun!

Həbib Məmmədov - ehtiyatda olan polkovnik, müharibə veteranı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 435   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr