Yetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMA

Yetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMAMəktəblərdə ciddi zorakılıq və ya qadağan olunmuş əşyaların gətirilməsi kimi ağır qayda pozuntuları zamanı məsələnin polisə bildirilməsi həm məktəbin, həm də hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması və hüquq pozuntularının qarşısının alınması ilə bağlı vəzifələrindən irəli gəlir. Məktəb davranış qaydalarında da bu kimi əməllər çox ağır qayda pozuntuları sırasında göstərilir.

Bəs, şagirdin polisə bildirilməsi avtomatik olaraq onun hüquqi məsuliyyətə cəlb edilməsi deməkdirmi, yetkinlik yaşına çatmayanlarla bağlı hansı xüsusi hüquqi prosedurlar tətbiq olunur və belə hallarda uşağın hüquq və mənafeləri necə qorunmalıdır?
Yetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, məktəbdə şagird tərəfindən ciddi zorakılıq, təhlükəli və ya qanunla qadağan olunmuş əşyaların gətirilməsi, xəsarət yetirilməsi və digər ağır hüquqpozma əlamətləri olan hərəkətlər törədildikdə məktəbin polisə məlumat verməsi hüquqi baxımdan mümkün və hadisənin xarakterindən asılı olaraq zəruri ola bilər.

"Bu, ilk növbədə baş verən hadisənin araşdırılması və məktəbdə təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Lakin məktəbin polisə məlumat verməsi yetkinlik yaşına çatmayan şagirdin avtomatik olaraq cinayət məsuliyyətinə cəlb edilməsi demək deyil. Polisə məlumat daxil olduqdan sonra hadisənin halları araşdırılır, əməlin cinayət və ya digər hüquqpozma olub-olmaması, həmçinin şagirdin yaşı müəyyən edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə ümumi qaydada cinayət məsuliyyəti 16 yaşdan başlayır, lakin qanunda sadalanan bir sıra ağır əməllərə görə məsuliyyət 14 yaşdan yarana bilər".

Vəkil bildirib ki, eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı xüsusi hüquqi təminatlar mövcuddur:

"Cinayət-Prosessual Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını qanuni nümayəndəsi həyata keçirir və belə şəxsin müdafiəçisi, yəni vəkilin iştirakı məcburidir. Buna görə məktəbin polisə müraciət etməsi uşağın əvvəlcədən "günahkar" elan edilməsi kimi qiymətləndirilə bilməz. Əsas məqsəd hadisənin obyektiv araşdırılması, zərərçəkənlərin və digər şagirdlərin təhlükəsizliyinin qorunması, eyni zamanda yetkinlik yaşına çatmayanın hüquqlarının qanun çərçivəsində təmin edilməsidir. Konkret hüquqi məsuliyyət məsələsi isə yalnız hadisənin bütün halları və uşağın yaşı nəzərə alınmaqla müəyyən edilə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 590   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr