Bu dondurmanın satışı qadağan edildi - Fotolar

Bu dondurmanın satışı qadağan edildi - FotolarAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib.

"Qafqazinfo" xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələr aparılıb.

Nəticələrə əsasən, istehsalçı - fiziki şəxs Qasımov Tahir Adil oğluna məxsus məhsul nümunəsində uyğunsuzluq müəyyən edilib. Belə ki, həmin dondurma emalı müəssisəsində istehsal olunan "Fantaziya" əmtəə nişanlı "Matroskin" südlü dondurmasından götürülən nümunədə E.Coli və Enterobacteriacea göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq müəyyən edilib. Həmçinin məhsulun etiketində kərə yağından istifadə olunduğu bəyan edilsə də, tərkibində bitki sterini aşkarlanıb.

Bununla əlaqədar, qanunvericiliyə uyğun inzibati tədbir görülüb, müəssisədə dondurma emalı dayandırılıb, uyğunsuzluq müəyyən edilmiş məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar qəbul edilib.

Nəticədə ticarət şəbəkələrindən geri çağırılan 38,4 kq, müəssisənin anbarında olan 120 kq olmaqla, ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.

Bu dondurmanın satışı qadağan edildi - FotolarBu dondurmanın satışı qadağan edildi - FotolarBu dondurmanın satışı qadağan edildi - FotolarBu dondurmanın satışı qadağan edildi - FotolarBu dondurmanın satışı qadağan edildi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 155   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin iqtisadi məzmununu daha da dərinləşdirən mühüm mərhələdir. Bu gün əməkdaşlıq artıq təkcə siyasi dialoqla məhdudlaşmır, investisiya, sənaye, nəqliyyat və logistika sahələrində konkret birgə layihələrl

25 avqust
.

Bakıda gecə klubunda yanğın OLUB - VİDEO

Bakının Nərimanov rayonunda gecə klubundakı yanğın söndürülüb. Bununla bağlı -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

25 avqust
.

Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib

Azərbaycan-Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir

25 avqust
.

Yevlaxda yanacaqdoldurma məntəqəsində MAŞIN YANIB - VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb. Bu məlumat -ın soğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib. Qeyd olunub ki, Nazirliyin "112" qaynar xəttinə Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxi

25 avqust
.

Sabah hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü

25 avqust
.

Bakıda və bəzi rayonlarda KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq

25 avqust
.

Şəhid anası da tələbə adını qazandı - Foto

Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb. "Qafqazinfo"nun məlumatına görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır. M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kolle

25 avqust
.

Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib

Məhkəmə zalından azadlığa buraxılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində olan hökmdən apellyasiya protesti verilib. APA-ya istinadən xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq. Məhkəmənin ilk baxış iclasının vaxtı məlum deyil

25 avqust
.

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal

25 avqust