SON DƏQİQƏ: ABŞ və İran atəşkəsə razılaşdılar
ABŞ və İran arasında atəşkəs razılaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Pakistan hərbi mənbələri və İranın təhlükəsizlik strukturlarındakı mənbələr məlumat veriblər.
"Atəşkəs razılaşdırılıb, bu, Hörmüz boğazında sərbəst gəmiçiliyi də əhatə edir", - deyə mənbələr bildiriblər.
Omanın xarici işlər naziri Bədr əl-Busəidi deyib ki, Hörmüz boğazında gəmilər üçün müvəqqəti dəhlizin, daha sonra isə məsələnin daimi həllinin yaxın zamanda elan ediləcəyinə ümid edir.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) yaydığı məlumata görə, Yaxın Şərqdə münaqişə başlayandan bəri təxminən 20 dənizçi həlak olub.
Hazırda Fars körfəzindən gəmilərin təxliyəsi ilə bağlı IMO-nun planı dayandırılıb. Bölgədə ilişib qalan gəmilərdə təxminən 20 min dənizçi qalır.
ABŞ və İsrail fevralın 28-də İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb, İran tərəfi isə buna cavab olaraq zərbələr endirib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıblar, lakin bir müddət sonra tərəflər yenidən bir-birinə zərbələr endiriblər. Hazırda münaqişə tam həllini tapmayıb, lakin tərəflər döyüş əməliyyatları aparmır və ABŞ iqtisadi təzyiq siyasətinə üstünlük verir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 703 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrBəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12 oktyabr