Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil
Dubay avtomobillər arasında dəbdəbənin təcəssümü kimi tanınır. Şəhərdə çoxsaylı bahalı avtomobillərə rast gəlmək mümkündür. Hətta Dubay polisinin də parkında lüks avtomobillər yer alır.
Qaynarinfo xəbər verir ki, "Jalopnik"in yazdığına görə, Dubay polisinin parkına qiyməti yüz minlərlə, hətta milyonlarla dollar olan superkarların daxil edilməsinin əsas səbəbi hüquq-mühafizə fəaliyyətindən daha çox ictimaiyyətlə əlaqələr və imiclə bağlıdır.
Bildirilir ki, superkarlardan ibarət bu park Dubayı müasir və çiçəklənən şəhər kimi təqdim etməklə yanaşı, onun beynəlxalq arenadakı imicini də gücləndirir. Bununla belə, bu avtomobillərin bir çoxundan patrul xidməti və ya yüksək sürətli təqiblər üçün demək olar ki, istifadə edilmir.
Dubay polisinin rəhbəri bir dəfə jurnalistlərə açıqlamasında bu elit avtomobillərin insanlarda, xüsusilə turistlərdə təəssürat yaratmaq üçün lazım olduğunu bildirmişdi.
Dubay polisinin avtomobil parkında "Bugatti Veyron", "Porsche 918 Spyder", "Lamborghini Aventador" və "Audi R8" kimi hiperkar və superkarlar yer alır. Bundan başqa, "Mercedes Brabus G63" lüks yolsuzluq avtomobili, 900 at gücünə malik "Lotus Eletre R" elektrik avtomobili və qeyri-adi "Tesla Cybertruck" elektrik pikapı da parkın tərkibindədir.
Dubay polisi parkının ən dəbdəbəli avtomobillərindən biri "Mansory" atelyesinin xüsusi tüninqindən keçmiş "Rolls-Royce Cullinan"dır. Yerli polis əməkdaşlarının sərəncamında həmçinin "Mercedes-AMG G63", "Ferrari Purosangue" və "Mansory" tüninqli "Lamborghini Revuelto" da var.
Daha əvvəl Monterrey avtomobil həftəsi çərçivəsində "Ferrari CZ26" adlı eksklüziv superkar təqdim edilmişdi. Avtomobil şirkətin amerikalı müştərilərindən biri üçün yalnız bir ədəd istehsal olunub.
Unikal avtomobilin əsasında "Ferrari SF90 Stradale" kupesi dayanır. CZ26 əsas modelin ümumi siluetini qorusa da, kuzovunun dizaynı tamamilə fərqli şəkildə hazırlanıb.
Superkar ümumi gücü 1 000 at gücü olan doldurula bilən hibrid sistemlə təchiz edilib. Sistem 4,0 litrlik turbomühərrikli V8 mühərriki və üç elektrik mühərrikini birləşdirir.
"Ferrari CZ26" 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə, 200 km/saat sürətə isə 6,7 saniyəyə çatır. Superkarın maksimal sürəti 328 km/saatdır. Yalnız elektrik enerjisi ilə hərəkət məsafəsi isə təxminən 25 kilometrdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2247 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağ Evin yeni mətbuat katibi tezliklə işdən çıxarıla bilər
Ağ Evin bir neçə rəsmisi Keti Zakariasın mətbuat katibi vəzifəsində nə qədər qala biləcəyini soruşub və qeyd edib ki, onun işi ABŞ prezidenti Donald Trampı məmnun etməyəcək. xəbər verir ki, bir neçə müşavir və rəsmi CNN-ə bildirib ki, onun cəmi 15 dəqiqə davam edən ilk brifinqi pis qarşılanıb. O, vaxtını
14 oktyabrBritaniya Ukraynaya raket tədarükünü sürətləndirir
Böyük Britaniya reaktiv mühərrikli PUA-ları ələ keçirmək üçün nəzərdə tutulan 45 milyon funt sterlinq (59,7 milyon dollar) dəyərində yüngül çoxməqsədli raketlərin Ukraynaya tədarükünü sürətləndirəcək. xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb. Qeyd edək ki, Böyük Britaniya dünə
14 oktyabrTramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır
ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt
13 oktyabrAvropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind
14 oktyabrRusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk
14 oktyabrRoma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat
14 oktyabrİran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb
İranın cənub sahillərində balıqçı gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə nəticəsində 3 nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Reuters" Hörmüzqan əyalətinin qubernator administrasiyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, insident Sirik dairəsindəki Bondaran kəndindən təxminə
14 oktyabr