Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLARDövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib.

Sonxeber.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmuş Elşən Məmmədov (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs Bakının Maştağa qəsəbəsində yaşayıb və ferma işlədib. O, restoranda bir neçə gömrük işçisi ilə tanış olduqdan sonra ona müraciət edən şəxsləri Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini vəd edib.

Təqsirləndirilən şəxs Saranı Bakı Baş Gömrük İdarəsinin rəisi vasitəsilə Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə söz verib.

Lakin o, Dövlət Gömrük Komitəsinə işə düzəlməyin xərcinin çox olduğunu, Fövqəladə Hallar Nazirliyində isə R rütbəsi ilə 9 000 manata işə düzəldə biləcəyini deyib. Sara ona inandığından 2024-cü ilin iyul ayının sonunda ilkin olaraq 2 000 manatı bir neçə dəfə Elşənin kartına göndərib.

Lakin sonradan Elşən Saranın Dövlət Gömrük Komitəsinə işə düzəldilməsi ilə bağlı danışıqlar apardığını və razılıq aldığını deyərək bu məqsədlə 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayının sonunadək, eləcə də 2025-ci ilin iyun ayından avqust ayının əvvəlinədək olan müddətdə zərərçəkmiş qadından hissə-hissə ümumilikdə 50 min manat civarında pul alıb.

Hətta zərərçəkmiş qadını inandırmaq üçün ona Dövlət Gömrük Komitəsinə aid qadın geyim formasını da verib.

Elşən bununla kifayətlənməyərək zərərçəkmiş qadının Tofiq Qənbərov adlı oğlunu hərbi xidmətdən saxlatdırmaq adı ilə 2025-ci ilin mart ayında Saradan hissə-hissə 24 min manat pul alıb.

Lakin 2025-ci ilin aprel ayının sonlarında Tofiq hərbi xidmətə göndərildikdən sonra zərərçəkmiş qadın və ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

Sonda məlum olub ki, Elşən Saranı aldadaraq onun ümumilikdə 74 900 manat pulunu ələ keçirib.

74 991,99 manat məbləğində maddi ziyanın və 315 manat məbləğində ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar verilib.

Məhkəmənin hökmü ilə Elşən 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 638   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü

Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind

30 oktyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Dostunun evində öldü

Bakıda evdən 58 yaşlı kişinin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Dünən saat 14 radələrində Cəlilabad rayon sakini 1968-ci il təvəllüdlü Zakir Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı qəsəbədəki evlərdə

18 noyabr
.

Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcəklər. "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şahidlər Ramiz Mehdiyev və ailə üzvləridir. Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkən

23 noyabr
.

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini

19 oktyabr
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

12 oktyabr
.

Prokuror general qızı haqda qərardan protest verdi

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı

16 noyabr
.

Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu

19 oktyabr