Küləkli havada dənizə girməyin! - Müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Sonxeber.az xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 107 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elektromobillərə tələbat AZALIR: Səbəb nədir? - AÇIQLAMA
Azərbaycanda elektromobillərə marağın azalması ilə bağlı əsas amillər arasında avtomobillərin qiyməti, şarj infrastrukturunun inkişaf tempi, batareyanın dəyişdirilməsi xərcləri və ikinci əl bazarında qeyri-müəyyənlik göstərilə bilər. Hazırda ölkədə şarj infrastrukturu genişlənsə də, məntəqələrin say
26 avqustBakıda və bəzi rayonlarda KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq
25 avqustPolad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar
Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy
25 avqustSabah hava necə olacaq?
Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti
27 avqust610 bal topladı, universitetə qəbul olmadı
Ötən gün ölkədə minlərlə abituriyent tələbə adını qazanıb. Bəziləri arzuladığı ixtisasa qəbul olub, bəziləri isə gələn il yenidən şansını sınamaq qərarına gəlib. -a istinadən xəbər verir ki, belə şəxslərdən biri də H.G-dır. O, sosial şəbəkə hesabında 610,4 bal toplamasına baxmayaraq, heç bir universitet
26 avqustDoğma torpaqlara dönüş: Böyük Qayıdışın tarixi, sosial və iqtisadi əhəmiyyəti
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış Azərbaycanın müasir tarixinin ən mühüm sosial, humanitar və strateji layihələrindən biridir. Bu proses təkcə insanların öz doğma yurdlarına qayıtması deyil, həm də uzun illər ərzində həsrətində olduqları şəhər və kəndlərdə yeni həyatın qurulması
27 avqustBakıda 19 yaşlı oğlanın meyiti tapıldı - Cərəyan vurub öldürübmüş
Bakıda mənzildən 19 yaşlı oğlanın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 20 radələrində Nizami rayonu Özbəkistan küçəsində baş verib. 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mənzildə aşkar edilib. Onun elektri
26 avqustLaçın Şəhəri Günü: Zəfərimizin, Böyük Qayıdışımızın və dirçəlişimizin ünvanı
Laçın - tariximizin, milli yaddaşımızın və Böyük Qayıdışımızın simvollarından biri. Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri özünəməxsus təbiəti, zəngin tarixi, qədim mədəni irsi və strateji coğrafi mövqeyi ilə ölkəmizin tarixində xüsusi yer tutur. Bu gün Laçın təkcə gözəl dağ şəhəri kimi deyil
26 avqust