Sabah Ay tutulacaq

Sabah Ay tutulacaqAvqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.

Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək.

Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq.

Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cuzi azalması kimi hiss olunur.

Qeyd edək ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi - iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq.

Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən qismən Günəş tutulması kimi müşahidə olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 371   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qeyd edək ki

30 oktyabr
.

Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?

Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə

29 oktyabr
.

WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA

Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmaların

29 oktyabr
.

Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA

Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları

29 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr