9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb
Yasamal rayonunda MİDA yaşayış kompleksindən hərəkət edən 9 nömrəli avtobusla bağlı sərnişin şikayəti daxil olub.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sərnişinin sözlərinə görə, avtobus hərəkətdə olarkən kondisionerdən insanların üzərinə çirkli su axıb.
Nəticədə bir neçə sərnişinin üzü və üst-başı islanıb.
Şikayətçi bildirib ki, 9 nömrəli avtobuslarla bağlı narazılıqlar bununla məhdudlaşmır. Onun sözlərinə görə, marşrut üzrə avtobusların sayı az olduğundan nəqliyyat vasitələri xüsusilə sıx saatlarda həddindən artıq dolu olur.
"İnsanların avtobusda rahat getməsi mümkün deyil. Üstəlik, kondisionerlə bağlı da belə problemlər yaşanır. Kondisioneri güclə işə salırlar, nəticədə sərnişinlərin üzərinə çirkli su axır", - deyə sakin qeyd edib.
Sərnişinlər aidiyyəti qurumlardan 9 nömrəli avtobusların texniki vəziyyətinin yoxlanılmasını, kondisioner sistemlərindəki problemin aradan qaldırılmasını və marşrut üzrə avtobusların sayının artırılmasını xahiş edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 471 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd
30 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrMəktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA
Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları
29 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrOktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
30 oktyabrBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabr