Çoxmənzilli binalarda mənzilə necə çıxarış alınır? - AÇIQLAMA
Çoxmənzilli binalarda mənzil alan vətəndaşların qarşılaşdığı əsas məsələlərdən biri də əmlaka çıxarışın əldə olunmasıdır.
Mənzilin alqı-satqısının rəsmiləşdirilməsi ilə yanaşı, onun hüquqi statusunun təsdiqlənməsi və çıxarışın alınması da mühüm əhəmiyyət daşıyır.
Bəs çoxmənzilli binalarda mənzilə çıxarış almaq üçün hansı sənədlər tələb olunur, proses necə həyata keçirilir və hansı hallarda vətəndaşlar çətinliklərlə üzləşirlər?
Mövzu ilə bağlı əmlak məsələləri üzre ekspert Fərid Cəfərli Sonxeber.az -a açıqlama verib:
"Çoxmənzilli binalarda mənzilə çıxarışın alınması üçün ilk növbədə binanın hüquqi statusu və istismara qəbul edilməsi məsələsi müəyyənləşdirilməlidir. Çünki mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yalnız alıcının əlində olan müqavilənin mövcudluğu kifayət etmir; binanın özünün də qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi vacibdir.
Əgər bina mənzil-tikinti kooperativi, yəni MTK tərəfindən inşa olunubsa və bina istismara qəbul edilibsə, əsas sənədlər sırasında mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və mənzil üzrə pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, ərizəçinin şəxsiyyətini təsdiq edən sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilir. Rəsmi məlumatlara görə, MTK binasının istismara qəbul aktının və ya istismara icazə sənədinin olması da mühüm şərtdir.
Əgər çoxmənzilli bina MTK yaradılmadan hüquqi və ya fiziki şəxs tərəfindən inşa edilibsə, bu halda mənzilə hüquqi əsasın notariat qaydasında təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməsi tələb olunur. Bununla yanaşı, binanın istismara qəbul edilməsi haqqında müvafiq sənəd, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilir.
Vətəndaş mənzil alarkən yalnız müqavilənin olub-olmamasına deyil, binanın istismara qəbul edilib-edilməməsinə, MTK-nın və ya tikinti şirkətinin təqdim etdiyi sənədlərin hüquqi əsaslarına və mənzilin maliyyə öhdəliklərinin tam yerinə yetirilməsinə də diqqət yetirməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 501 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd
30 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrMəktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA
Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları
29 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrOktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
30 oktyabrBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabr