Muzeydən 673 brilyantla bəzədilmiş boyunbağı oğurlandı: Dəyəri nə qədərdir?
Vyanada sərgi zamanı Fransanın məşhur zərgərlik evi "Van Cleef & Arpels"ə məxsus son dərəcə qiymətli brilyant boyunbağı oğurlanıb. Söhbət vaxtilə Misir kraliçasının taxdığı tarixi zinət əşyasından gedir. "Sotheby's" hərrac evinin məlumatına görə, bu boyunbağı 2015-ci ildə təxminən 4,3 milyon dollara satılıb.
Qaynarinfo xəbər verir ki, oğurluq Vyanadakı Tətbiqi Sənət Muzeyində baş verib. Burada "Van Cleef & Arpels" kolleksiyasından 300-dən çox zərgərlik nümunəsinin nümayiş olunduğu "Şedevrlər" sərgisi keçirilir.
Muzeyin məlumatına görə, oğurlanan boyunbağı, ehtimal ki, kral ailəsinə məxsus zinət əşyasıdır. Onun üzərində ümumi çəkisi 200 karatdan çox olan 673 almaz yerləşir.
Sərgidə şüşə vitrin arxasında nümayiş etdirilən eksponat vaxtilə Misir kraliçası Nəsliyə məxsus olub. Məlumata görə, kraliça boyunbağını 1939-cu ildə qızı Favziyanın o vaxtkı İran vəliəhdi Məhəmməd Rza Pəhləvi ilə toyunda taxıb. O, daha sonra İran şahı olub.
2015-ci ildə zinət əşyası Nyu-Yorkda hərraca çıxarılıb və təxminən 4,3 milyon dollara, yaxud 3,7 milyon avroya satılıb.
Polisin məlumatına görə, muzeyə gələn iki kişi ziyarət zamanı şüşə vitrini sındırıb, boyunbağını götürərək hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları şübhəlilərin müəyyənləşdirilməsi üçün onların fotoşəkillərini yayıb və ictimaiyyətdən kömək istəyib.
Axtarış elanlarında tünd rəngli geyimdə olan iki kişinin görüntüləri yer alıb. Hazırda onların şəxsiyyəti müəyyən edilməyib. Muzey oğurluq faktını təsdiqləyib və hadisə zamanı heç kimin xəsarət almadığını bildirib. Araşdırmanın təfərrüatları açıqlanmır. Cinayətdən sonra muzeyin daxilində və ətrafında polis əməkdaşları işləyib. İstintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 370 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nürnberq aeroportu fəaliyyətini dayandırıb
Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb. "Biz bunun havada baş vermiş fövqəladə vəziyyə
13 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrAİ Rusiyaya qarşı 23-cü sanksiya paketini hazırlayır
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni - 23-cü sanksiya paketinin hazırlanmasına başlayıb. xəbər verir ki, bu barədə "Politico" nəşri müzakirələrlə tanış olan Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Yeni məhdudiyyətlərin əsasən Rusiyanın neft gəlirlərinin azaldılmasına yönələcəyi gözlənilir
13 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrUkrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb. "Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb. AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ə
14 oktyabrAvropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind
14 oktyabr