Ermənistanın keçmiş baş prokuroru müdafiə nazirinin müavininin qətlində ittiham olunur
Ermənistanın keçmiş baş prokuroru Boris Nazaryana qarşı 1998-ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətli ilə bağlı iş çərçivəsində ittiham irəli sürülüb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib.
Komitənin versiyasına görə, 1999-2001-ci illərdə baş prokuror postunu tutan Nazaryan qətlin istintaqı üzərində lazımi nəzarəti təmin edə bilməyib. Nəticədə cinayətdə iştirak etdiyi ehtimal olunan iki şəxs barəsində cinayət təqibi 2000-ci ildə dayandırılıb. Təqib yalnız 2025-ci ilin iyulunda bərpa olunub.
Qeyd edək ki, Vaqram Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə evinin girişində öldürülüb. İstintaq məlumatına görə, qətlin təşkilatçısı və iştirakçısı S.A. adlı hərbçi olub və məqsədli şəkildə Xorxoruninin qətlini təşkil etmək niyyətində olub. 1998-ci ilin noyabr-dekabrında o, Qarabağ erməniləri olan X.N. və A.A. adlı şəxslərlə razılığa gəlib və onlara qətli törətmələri müqabilində müvafiq olaraq 10 min dollar və 15 min dollar vəd edib.
Onlar birlikdə təyin olunmuş gündə - 1998-ci il dekabrın 10-da Xorxorunini gözləyiblər və binasının girişində onu güllələyiblər.
Daha sonra Ermənistanda müdafiə nazirinin müavini Vaqram Xorxoruninin 27 il əvvəl törədilən qətlinin təşkilində ittiham olunan və saxlanılan Sasun Aruşanyan həbs edilib.
Aruşanyan Qarabağdakı separatçı rejimin keçmiş üzvü Samvel Babayanın təhlükəsizlik xidmətinin rəhbəri olub. Bu işdə icraçı qismində Artur Arakelyan və Hrayr Narimanyanın adı keçir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 141 Tarix: 28 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsveçin baş naziri Aİ sammitində büdcə ilə bağlı ciddi mübahisə gözləyir
İsveçin müvəqqəti baş naziri Ulf Kristersson Avropa İttifaqının yeddiillik büdcəsi ilə bağlı növbədənkənar sammitdə ciddi mübahisələrin yaşanacağını gözləyir. xəbər verir ki, Kristersson Brüsseldə keçirilən görüşə gələrkən büdcə layihəsində xərclərin həddindən artıq çox olduğunu bildirib. Onun sözlərin
26 noyabrUzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək
28 noyabrYa sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin yeni biometrik pasportlarında doğum yeri kimi "Azərbaycan"ın göstərilməsi barədə danışıb. xəbər verir ki, Paşinyan brifinqdə bu məsələdə Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarının əsas götürülməli olduğunu bildirib
26 noyabrSerbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib. Bizim.Media Serbiyanın "Tanjug" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Parlamentin yeni seçilmiş sədri Aleksandar Kupiç məlumat verib. O, seçkilərin tarixini müəyyən edən sənədi imzaladıqdan sonra ölkə vətəndaşların
26 noyabrBu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək
2026-cı ildə ilin ən qısa gündüzü dekabrın 21-də müşahidə olunacaq. xəbər verir ki, bu barədə rusiyalı astronom Lyudmila Koşman RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, dekabrın 21-də qış gündönümü baş verəcək. Bu tarixdə Şimal yarımkürəsində ilin ən uzun gecəsi və ən qısa gündüz
26 noyabrİran Hörmüz boğazına nəzarəti əlində saxladığını açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ölkənin operativ nəzarəti altında olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayinin sözlərinə görə, stratej
28 noyabrPutin G20 sammitinə gələ bilər - Tramp
Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident
27 noyabr