Keniyada 200 il həbs cəzası almış təriqət lideri daha 123 ölümdə təqsirli bilindi

Keniyada 200 il həbs cəzası almış təriqət lideri daha 123 ölümdə təqsirli bilindiKeniyada məhkəmə dini təriqətin lideri Pol Makkenzini daha 123 tərəfdarının ölümündə təqsirli bilib. Daha əvvəl moizəçi 190-ı uşaq olmaqla, 191 nəfərin qətlinə görə 200 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, yeni hökm noyabrın 27-də Mombasa şəhərinin məhkəməsi tərəfindən çıxarılıb.

Makkenzi ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilinib. İstintaqın məlumatına görə, onun rəhbərlik etdiyi "Good News International Church" dini icması Hind okeanı sahilindən çox da uzaq olmayan Şakahola meşəsində fəaliyyət göstərib.

Moizəçi dünyanın sonu çatmamış cənnətə düşəcəklərini vəd edərək tərəfdarlarını yeməkdən imtina etməyə, hətta öz uşaqlarını da aclıq saxlamağa inandırıb. Məhkəmə müəyyən edib ki, Makkenzi ölümcül aclıq aksiyalarının qaydasını şəxsən müəyyənləşdirib və dindarları təcrid olunmuş ərazilərə yönləndirib.

Hakim Aleks İtuku qeyd edib ki, təriqət rəhbəri təkcə tərəfdarlarına göstərişlər verməyib, həm də onların ölümü ilə nəticələnən hadisələrdə iştirak edib. Yeni hökmlə yanaşı, Makkenzi daha əvvəl uşaqlara qarşı qəddar rəftar, hücumlar, radikallaşdırma və terror xarakterli cinayətlərdə də təqsirli bilinib.

Makkenzini özü ittihamları rədd edir. Onun vəkilləri məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 163   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dron təhlükəsi səbəbindən Almaniyada hava limanının fəaliyyəti dayandırılıb

Almaniyanın Köln/Bonn hava limanı pilotsuz uçuş aparatının aşkarlanması səbəbindən təxminən iki saat yarım müddətinə fəaliyyətini dayandırıb. xəbər verir ki, bu barədə "DPA" agentliyinə istinadən məlumat yayıb. Hadisə noyabrın 27-də axşam saatlarında baş verib. Hava limanının nümayəndəsini

28 noyabr
.

"Qadınsan, bacarmazsan" deyənlərə meydan oxudu: 45 yaşlı qadın kabab ustasıdır

Türkiyənin Adana şəhərində yaşayan 45 yaşlı Tuğba Ökten üç nəsildir davam edən ailə peşəsini yaşadır. Babası və atasından kabab bişirməyin sirlərini öyrənən qadın illər ərzində qarşılaşdığı çətinliklərə baxmayaraq, yenidən manqalın arxasına qayıdıb. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr
.

Türkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir

Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni

27 noyabr
.

Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - Video

Hindistanın Bihar əyalətində sabiq deputat Anant Sinqin qızı Şivangi Sinqin toyu görünməmiş izdiham və xaosla yadda qalıb. xəbər verir ki, 2,5 hektarlıq ərazidə keçirilən mərasimə təxminən 400 min insan qatılıb. Yollar bağlandığından qonaq siyasətçilərdən biri avtomobilini qoyaraq toya tarlaların içində

28 noyabr
.

İran Hörmüz boğazına nəzarəti əlində saxladığını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ölkənin operativ nəzarəti altında olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayinin sözlərinə görə, stratej

28 noyabr
.

HƏMAS-ın maliyyə və investisiyalarına cavabdeh şəxsi öldürülüb

İsrail Müdafiə Ordusu HƏMAS hərəkatının siyasi bürosunun iqtisadiyyat şöbəsinə rəhbərlik edən Əbu Nadanın öldürüldüyünü bildirib. "Report" xəbər verir ki, bu barədə İsrail ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. İsrail ordusunun məlumatına görə, Əbu Nada həmçinin HƏMAS hökumətind

26 noyabr
.

Tramp NATO rəhbəri ilə Ukrayna münaqişəsini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Ukraynada münaqişənin mümkün qədər tez nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyini bəyan ediblər. Bu barədə TASS məlumat yayıb. Tərəflər Ukrayna ilə yanaşı İran münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb

26 noyabr
.

Pişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi

Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr
.

Reuters: Naməlum dron Latviyanın hava məkanına daxil olub - NATO qırıcıları havaya qaldırılıb

Latviyanın hava məkanı noyabrın 27-də səhər saatlarında naməlum pilotsuz uçuş aparatı tərəfindən qısa müddətə pozulub. Hadisəyə cavab olaraq NATO qırıcıları havaya qaldırılıb, Latviyanın silahlı qüvvələri isə müdaxilə məqsədilə xüsusi pilotsuz uçuş aparatı işə salıb. Reuters-in məlumatına görə, Latviyanı

27 noyabr