Köhnə avtomobillər təhlükə yaradır? - AÇIQLAMA
İstismar müddəti uzun olan avtomobillərin texniki vəziyyətinin zəifləməsi onların yol təhlükəsizliyi baxımından risklərini artırır. Xüsusilə əyləc, sükan, asqı və təkərlərdə yaranan nasazlıqlar avtomobilin idarəolunmasını və dayanma qabiliyyətini zəiflədə bilər. Texniki baxış zamanı da məhz bu sistemlərin vəziyyətinə xüsusi diqqət yetirilməsi vacibdir.
Bəs, köhnə və texniki cəhətdən nasaz avtomobillərdə əyləc sistemi, sükan, təkərlər və təhlükəsizlik yastıqlarındakı problemlər qəza zamanı xəsarət riskini nə dərəcədə artırır və belə avtomobillərin texniki baxışı zamanı hansı əsas məqamlar mütləq yoxlanılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, istismar müddəti uzun olan avtomobillər avtomatik olaraq təhlükəli hesab edilmir.
"Əsas risk amili avtomobilin texniki vəziyyətidir. Lakin istismar müddəti artdıqca detalların təbii aşınması, metal yorğunluğu, korroziya, rezin hissələrin qocalması və elektron sistemlərin etibarlılığının azalması ehtimalı yüksəlir. Nəticədə belə avtomobillər həm sürücü, həm sərnişinlər, həm də digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yarada bilər. Ən vacib təhlükəsizlik elementlərindən biri əyləc sistemidir. Əyləc bəndlərinin və disklərinin aşınması, əyləc mayesinin keyfiyyətinin pisləşməsi, hidravlik sistemdə yaranan sızmalar və ya əyləc mexanizminin nasazlığı əyləc məsafəsinin uzanmasına səbəb olur. Fövqəladə vəziyyətlərdə cəmi bir neçə metrlik əlavə dayanma məsafəsi belə piyadanın vurulması və ya digər nəqliyyat vasitəsi ilə toqquşma riskini əhəmiyyətli dərəcədə artırır".
Ekspert bildirib ki, sükan sistemi də təhlükəsiz hərəkətin əsas elementlərindəndir:
"Sükan dartılarının, şarnir və ucluqların aşınması, sükan mexanizmində yaranan boşluqlar avtomobilin sabitliyini pozur, zolaqda hərəkəti çətinləşdirir və qəfil manevr zamanı idarəetmənin itirilməsi ilə nəticələnə bilər. Təkərlər avtomobilin yol ilə yeganə təmas nöqtəsidir. Protektorun normadan aşağı düşməsi, yan divarlarda çatların yaranması, qeyri-bərabər aşınma və rezinin köhnəlməsi yaş yolda sürüşmə riskini artırır, əyləc məsafəsini uzadır və yüksək sürətdə təkərin partlama ehtimalını yüksəldir. Təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərləri kimi passiv təhlükəsizlik sistemlərinin nasazlığı da qəza zamanı xəsarət riskini artırır. Sensorların və elektron idarəetmə bloklarının nasazlığı nəticəsində təhlükəsizlik yastıqları vaxtında və ya ümumiyyətlə açılmaya bilər. Təhlükəsizlik kəmərinin dartıcı mexanizminin işləməməsi isə sərnişinin və sürücünün daha ağır xəsarət almasına səbəb ola bilər".
Onun sözlərinə görə, istismar müddəti uzun olan avtomobillərin texniki baxışı zamanı yalnız ümumi vizual yoxlama ilə kifayətlənmək düzgün yanaşma deyil:
"Əyləc sistemində bəndlərin və disklərin qalınlığı, sızmalar və əyləc mexanizmlərinin işləmə qabiliyyəti yoxlanılmalıdır. Sükan və asqı sistemində boşluqlar, şarnir və amortizatorların vəziyyəti qiymətləndirilməlidir. Təkərlərin protektor dərinliyi, yan divarlarının vəziyyəti, təzyiqi və istehsal tarixi nəzərdən keçirilməlidir. Vaxtında aparılan preventiv texniki xidmət və kritik təhlükəsizlik sistemlərinə xüsusi diqqət göstərilməsi həm qəza ehtimalını, həm də qəza baş verdiyi halda xəsarətlərin ağırlığını əhəmiyyətli dərəcədə azaldır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya