Polşada səs-küylü həbs: Olimpiya Komitəsinin sədri saxlanıldı
Katovitse məhkəməsi müflis olmuş "Zondacrypto" kriptovalyuta şirkətindən rüşvət almaqda təqsirləndirilən Polşa Olimpiya Komitəsinin sədri Radoslav Peseviçin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Oxu.Az "TVP Info" telekanalına istinadən xəbər verir ki, məlumatı Polşa Baş prokurorunun mətbuat katibi Anna Adamyak brifinq zamanı açıqlayıb.
Respublika prokurorluğunun məlumatına görə, Peseviç iki cinayət əməlində ittiham olunur: 170 min zlotı (təxminən 77 min manat) dəyərində saat müqabilində Rəqabətin və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsində "Zondacrypto"nun maraqlarının lobbiçiliyi, eləcə də 2026-cı ilin aprelində şirkətin müflisləşməsindən əvvəl kriptovalyuta hesablarından təxminən 200 min avro (təxmini 396 min manatı) çıxarmaq üçün firmadakı əlaqələrindən istifadə etmək. Onu bu ittihamlara əsasən səkkiz ilə qədər həbs cəzası gözləyir.
Peseviç isə irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir.
Polşa Olimpiya Komitəsinin rəhbəri avqustun 27-də Varşavada saxlanılıb. Qeyd edək ki, 2026-cı ilin aprel ayında Polşa prokurorluğu 350 milyon zlotı və ya 95 milyon dollar (159 milyon manat) məbləğində dələduzluq və çirkli pulların yuyulması ilə bağlı "Zondacrypto" şirkətinə qarşı cinayət işi açıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 250 Tarix: 29 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nürnberq aeroportu fəaliyyətini dayandırıb
Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb. "Biz bunun havada baş vermiş fövqəladə vəziyyə
13 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrAİ Rusiyaya qarşı 23-cü sanksiya paketini hazırlayır
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni - 23-cü sanksiya paketinin hazırlanmasına başlayıb. xəbər verir ki, bu barədə "Politico" nəşri müzakirələrlə tanış olan Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Yeni məhdudiyyətlərin əsasən Rusiyanın neft gəlirlərinin azaldılmasına yönələcəyi gözlənilir
13 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrUkrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb. "Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb. AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ə
14 oktyabrAvropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind
14 oktyabr