ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib

ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edibABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əl-Şakərçinin vizasını ləğv edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Dilan Conson bildirib.

Onun sözlərinə görə, əl-Şakərçi hər il ABŞ tərəfindən bütün dünyadan olan qadınlara müstəsna cəsarət, güc və liderlik keyfiyyətlərinə görə verilən mükafatı alıb. Mükafatı ona ABŞ-nin sabiq dövlət katibi Entoni Blinken və eks-prezident Co Baydenin həyat yoldaşı Cill Bayden təqdim ediblər.

"Dövlət Departamenti korrupsiyaya qarşı mübarizədə və "gender bərabərliyinin" təşviqindəki ehtimal olunan roluna görə Bayden administrasiyası tərəfindən mükafatlandırılmış İraq vətəndaşının vizasını ləğv edib", - Consonun bəyanatında bildirilir.

Dövlət Departamentinin nümayəndəsi həmçinin bildirib ki, daha əvvəl ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) əl-Şakərçini terrorizmə yardım etməkdə şübhəli bilinən şəxslər siyahısına daxil edib.

Hazırda sabiq nazir ABŞ-dən kənardadır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 132   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Putinlə görüşdən sonra MKİ rəhbəri hərəkətə keçdi: Üçtərəfli sammit təklifi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bu həftənin əvvəlində Rusiyaya səfəri zamanı ABŞ, Rusiya və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammit keçirilməsini təklif edib. xəbər verir ki, bu barədə "Axios" portal

30 avqust
.

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır

İspaniya dünyanın ən yaraşıqlı kişilərinin yaşadığı ölkələrin reytinqində birinci seçilib. Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan paylaşımda bildirilib. Siyahının hazırlanmasında müxtəlif beynəlxalq sorğular və reytinqlərin əsas götürüldüyü qeyd olunub. Paylaşımda ispan kişilərini

29 avqust
.

Avstriyada alpinistin dağlarda itirdiyi avadanlıq 63 il sonra ona qaytarılıb

lp dağlarında buzlaqda 60 ildən çox qalan bel çantası və alpinizm avadanlığı 86 yaşlı avstriyalı alpinistə qaytarılıb. xəbər verir ki, bu barədə "ORF Tirol" Tirol polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, dağ bələdçisi iyulun 16-da Zultsalferner buzlağında, dəniz səviyyəsində

30 avqust
.

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib. Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonr

30 avqust
.

İlon Maskdan "OpenAI" rəhbərliyinə qarşı sərt ittihamlar

"SpaceX" şirkətinin qurucusu İlon Mask "OpenAI" rəhbəri Sem Altmanı və şirkətin prezidenti Qreq Brokmanı oğurluqda ittiham edərək, onları "tamamilə etibarsız" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ-li sahibkar sosial şəbəkə hesabında paylaşım edib. "Onlar açıq mənb

30 avqust
.

Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı

Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayınd

30 avqust
.

Rostov yaxınlığında "Ozon"un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb

Rostov vilayətində "Ozon"un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb. "Report" xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb. "Ozon"un məlumatına görə, ötən gecə logistika obyektlərindən bir

29 avqust
.

Tramp Ayda öz adının əbədiləşdirilməsini istəyir

ABŞ Prezidenti Donald Tramp Ayda onun şərəfinə hansısa obyektin adlandırılmasını arzuladığını bildirib. xəbər verir ki, Tramp bu açıqlamanı Hyustondakı NASA-nın Conson Kosmik Mərkəzində "Artemis II" missiyasının heyətinin Konqresin Kosmik Şərəf Medalı ilə təltif olunması mərasimində verib

30 avqust
.

ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb

Vaşinqton ətrafındakı Endryus aviabazasında son 60 ildə ilk dəfə olaraq ABŞ-nin ali hərbi-siyasi rəhbərliyinin təcili təxliyəsini təmin edəcək yeni helikopter eskadrilyası formalaşdırılıb. "Report" xəbər verir ki, bu barədə aviabazanın press-relizində bildirilib. "24-cü helikopter eskadrilyas

30 avqust