Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə
Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir.
Qaynarinfo xəbər verir ki, "YourTango"nun yazdığına görə, hətta münaqişələrdən çəkinirsinizsə belə, söhbət zamanı nəzarəti yenidən ələ almaq və başqalarına sizinlə necə davranmalı olduqlarını göstərmək üçün istifadə edə biləcəyiniz üç sadə ifadə var.
1. "Bağışlayın, təkrar edə bilərsiniz?"
Hörmətsizlik edən şəxsdən dediklərini təkrarlamasını istəmək ona iki seçim verir: ya sözlərini təkrarlamaq, ya da dediklərini izah etmək. Əgər o, sözlərini təkrarlayırsa, deməli, kobud ifadəni həqiqətən nəzərdə tutub və məsuliyyəti üzərinə götürür.
Lakin insanın dediklərini nəzərdə tutmadığı və ya fikrini düzgün ifadə etmədiyini anladığı ehtimalı varsa, bu ifadə ona geri addım atmaq imkanı verir. Bəzən sadəcə dediklərini təkrarlamasını istəmək həmin şəxsin səhv etdiyini anlaması üçün kifayət edir.
2. "Məni təhqir etmək istəyirdiniz?"
Əgər qarşı tərəfin dediklərini həqiqətən nəzərdə tutduğuna əmin olmusunuzsa, bu ifadə ilə onun sözlərini hörmətsiz hesab etdiyinizi bildirirsiniz. Bu, həmin şəxsə niyə hörmətsiz davrandığını izah etmək və ya sizin onun sözlərini yanlış anladığınızı söyləmək imkanı verir.
Ekspertlərin sözlərinə görə, insanlar bəzən utanc, müdafiə reaksiyası və ya narahatlıq səbəbindən bilərəkdən kobud ifadələr işlədə bilərlər. Buna görə də həmsöhbətinizin niyə təhqiramiz sözlər söylədiyini müəyyənləşdirmək vacibdir.
3. "Sizin hər şeyiniz qaydasındadır?"
Alternativ ifadə: "Bu, sizə xas olmayan bir davranışdır".
Beləliklə, problemin bütövlükdə həmin şəxsin özündə deyil, onun söylədiyi kobud sözlərdə olduğunu vurğulayırsınız.
Bu sual sizə mənəvi üstünlük qazandırır, çünki qarşı tərəfə qayğı göstərdiyiniz aydın olur. Siz onunla bağlı nə baş verdiyini soruşursunuz, çünki o, açıq şəkildə özünə xas olmayan şəkildə davranır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Vəkil Orxan Kəngərli həbs edildi
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"