Azərbaycan-Qırğızıstan münasibətləri regional və beynəlxalq müstəvidə mühüm məzmun daşıyır

Azərbaycan-Qırğızıstan münasibətləri regional və beynəlxalq müstəvidə mühüm məzmun daşıyır"Azərbaycan Prezidentinin Qırğızıstana son səfəri həm ikitərəfli münasibətlər, həm də Şanxay Əməkdaşlıq Təşkilatının gələcək perspektivləri baxımından əhəmiyyətlidir. Azərbaycan və Qırğızıstan ikitərəfli müstəvidə dost və yaxın ölkələr olmaqla yanaşı, müxtəlif beynəlxalq əməkdaşlıq platformalarında da birgə fəaliyyət göstərirlər".

Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

Ekspert bildirib ki, iki ölkə Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi müxtəlif formatlarda əməkdaşlıq edir:

"Bu baxımdan Azərbaycan-Qırğızıstan münasibətləri həm regional, həm də beynəlxalq müstəvidə mühüm məzmun daşıyır. Azərbaycan Prezidentinin səfərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqəli olduğu gözlənilir. Bununla yanaşı, sammit çərçivəsində Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin inkişafı ilə bağlı məsələlərin də müzakirə olunacağı ehtimal edilir. Azərbaycan və Qırğızıstanın Mərkəzi Asiya və Qafqazda yerləşməsi, mövcud imkanlarını birləşdirməsi əməkdaşlığın daha geniş nəticələr verməsinə şərait yarada bilər".

Onun sözlərinə görə, iki ölkənin Çin-Azərbaycan-Avropa istiqamətində formalaşan Orta Dəhliz və onun ətrafındakı nəqliyyat marşrutları baxımından əlverişli coğrafi mövqeyə malik olması əməkdaşlığın əhəmiyyətini daha da artırır:

"Qarşıdakı dövrdə ticarət, investisiya, işğaldan azad edilmiş ərazilərin bərpasında birgə iştirak, investisiya fondlarının fəaliyyəti və turizm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Qırğızıstan Mərkəzi Asiyanın türk dövlətlərindən biri kimi Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi təşəbbüsləri dəstəkləyir. Azərbaycan-Qırğızıstan əməkdaşlığı həm türk birliyinin gələcəyi, həm Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iki ölkənin imkanlarının daha səmərəli şəkildə ortaya qoyulması, həm də digər regional və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət baxımından əhəmiyyət daşıyır".

Ekspert qeyd edib ki, bu baxımdan prezidentlərin görüşündə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri üzrə mühüm məsələlərin müzakirə ediləcəyi və gələcək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdiriləcəyi gözlənilir.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 266   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin Qırğızıstana səfəri işgüzar xarakter daşıyır - AÇIQLAMA

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından diqqət çəkir. Bəs bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi və strateji baxımdan inkişafına necə təsir göstərə bilər? . Mövzu ilə bağlı -a açıqlama verən politoloq Sami

31 avqust
.

Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan və Özbəkistan münasibətlərində 23 avqust 2026-cı il yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbayca

24 avqust
.

Əliyev Japarovu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Sadır Nurqojoyeviç,. Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızd

31 avqust
.

Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində - Fotolar+Video

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər. *. Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqlar

31 avqust
.

Laçında həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir

Dövlət başçısı İlham Əliyev 28 may 2023-cü ildə Laçın şəhərinə qayıdan əhali ilə görüşündə qeyd etmişdir ki, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır

25 avqust
.

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı verib. Qaynarinfo xəbər verir ki, başsağlı məktubunda deyilir:. "Hörmətli cənab Prezident,. Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı

31 avqust
.

Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın videogörüntüsü yayılıb

Moskvada avqustun 27-də günorta radələrində Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısındakı təxribatın videogörüntüsü yayılıb. "Report"un əldə etdiyi videogörüntülərə əsasən, naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib. Qeyd edək ki, hadis

27 avqust
.

Laçın Şəhəri Günü: Tarixi Zəfərin daha bir simvolu

Dörd il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevi

25 avqust
.

"Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib" - MEDİA

"Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir". "Qafqazinfo"

31 avqust