Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildiÖtən ilin martında Şabran rayonunun Ağalıq kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəzaya səbəb olan traktor sürücüsü 1964-cü il təvəllüdlü Qüdrət Məlikova hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs sürücülük hüququ olmadan traktorla Gəndob-Yalama yoluna çıxıb. Bu zaman qaydaları pozub və əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə, "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı "VAZ"da olan sərnişinlərdən - 1992-ci il təvəllüdlü Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib. Onun övladı, eləcə də Şabran rayon sakinləri - 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilib ki, hadisə günü G.Aslanova övladı, bacısı qızı və digər tanışları ilə birlikdə kənd məktəbində Novruz bayramı şənliyində iştirak ediblər. Onlar kənddən evə qayıdarkən dəhşətli hadisə ilə üzləşiblər.

Məhkəmədə mərhumun həyat yoldaşı qəzaya səbəb olan traktor sürücüsündən şikayətçi olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Qüdrət Məlikov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib. Ona 6 il həbs cəzası verilib.

İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca qandallanıb.
Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 413   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA

Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındıraraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artıra bilər. Bu cür halların kameralar vasitəsilə aşkarlanması sürücülərin intizamının gücləndirilməsi və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarətin artırılması baxımında

29 oktyabr
.

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən

29 oktyabr
.

Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur

Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər. xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən

29 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun

29 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr