Prezidentinin Qırğızıstana işgüzar səfəri ölkəmiz üçün olduqca əhəmiyyətlidir - AÇIQLAMA

Prezidentinin Qırğızıstana işgüzar səfəri ölkəmiz üçün olduqca əhəmiyyətlidir - AÇIQLAMA"Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı dövləti Çindir. Çin dünyanın ən böyük qlobal güclərindən biridir. Xüsusilə iqtisadi-ticarət sahəsində Çin faktiki olaraq dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Belə bir nəhəng dövlətin öncülük etdiyi qurumda Azərbaycanın təmsil olunması, zirvə görüşünə dəvət edilməsi və iştirak etməsi ölkəmizin əhəmiyyətinə əlavə faktorlar qatır".

Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

O, bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı coğrafi əhatəsinə, əhali sayına və iqtisadi gücünə görə həqiqətən də nəhəng bir qurumdur:

"Dünyanın digər tərəfində ABŞ və Avropa İttifaqı kimi böyük güclər olsa da, Azərbaycanın yerləşdiyi coğrafiyada Şanxay Əməkdaşlıq Təşkilatı mühüm təsir imkanlarına malikdir. Azərbaycanın bu təşkilatın zirvə görüşünə dəvət olunması və burada iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Orta Asiyanın türk dövlətlərinin böyük əksəriyyəti, Türkmənistan istisna olmaqla, bu təşkilatda iştirak edir. Azərbaycan da bu baxımdan Orta Asiya formatında Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə qoşulur. İstər ikitərəfli, istərsə də çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusilə ticarət-iqtisadi münasibətlərin daha yüksək səviyyəyə çatdırılması və Çinin artan iqtisadi-ticarət imkanlarından yararlanılması baxımından bu səfər əhəmiyyətlidir".

Ekspert qeyd edib ki, Azərbaycan öz milli dövlət maraqlarına uyğun olaraq müxtəlif beynəlxalq formatlarda iştirak edir:

"Bizim üçün diqqətçəkən məqamlardan biri də Azərbaycanın bu platformalara yalnız öz təşəbbüsü ilə deyil, təşkilatçıların dəvəti ilə cəlb olunmasıdır. Bu, Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bu gün dünyanın aparıcı güclərinin, o cümlədən Çin, ABŞ və Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa maraq göstərməsi ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını göstərir. Müxtəlif beynəlxalq, regional və dövlətlərarası qurumların Azərbaycanı öz əməkdaşlıq formatlarında görmək istəməsi dövlətimizin beynəlxalq mövqeyinin güclənməsinin göstəricisidir. Bu baxımdan Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirakı və Qırğızıstana işgüzar səfəri ölkəmiz üçün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq baxımından olduqca əhəmiyyətlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 157   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Prezidentin Qırğızıstana növbəti səfəri Azərbaycanın Mərkəzi Asiyada nüfüzunun artmasını bir daha göstərdi" - AÇIQLAMA

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər artıq ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş siyasi və geoiqtisadi mənzərə formalaşdırır. Xüsusilə Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyya

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə səmimi söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

Azərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımında

1 sentyabr
.

"Bişkek platforması ölkəmizin xarici siyasət çevikliyinin qorunmasına şərait yaradır" - AÇIQLAMA

"XXI əsrin Avrasiya siyasətində dövlətin çəkisi artıq yalnız ərazisinin böyüklüyü və təbii sərvətlərinin həcmi ilə ölçülmür. Limanlarını, dəmir yollarını, enerji xətlərini və siyasi əlaqələrini vahid şəbəkəyə çevirərək, böyük bazarları birləşdirən ölkələr strateji üstünlük qazanır. Prezident İlha

1 sentyabr
.

Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib

"Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Qırğızıstana səfəri ölkəmizin həm Mərkəzi Asiyada, həm də qlobal müstəvidə artan rolunun göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Cənubi Qafqazda mühüm mövqeyə mali

1 sentyabr
.

"Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir" - AÇIQLAMA

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni məzmun qazanması, təhlükəsizlik çağırışlarının şaxələnməsi dövlətləri çoxtərəfli əməkdaşlıq platformalarının imkanlarından daha fəal istifadə etməyə sövq edir. Bu baxımdan Şanxa

1 sentyabr
.

İlham Əliyev: "Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq"

"Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı səsləndirib. "Ermənistanla birlikdə qarşılıqlı ticarəti

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Vladimir Putin ilə söhbət etdi - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə ayaqüstü söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini sürətlə inkişaf etdirir - AÇIQLAMA

"Azərbaycan Prezidentinin Bişkekə səfəri və orada Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada və dünyada artan geosiyasi rolunun təsdiqi və nümayişi kimi qiymətləndirilə bilər". Bunu -a açıqlamasında "Müasir İnkişaf"

1 sentyabr