Yağlı qidalar beyinə necə təsir edir? - 75 mindən çox hüceyrə araşdırıldı

Yağlı qidalar beyinə necə təsir edir? - 75 mindən çox hüceyrə araşdırıldıDanimarkalı alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu piylənmənin qanda şəkərin yüksək səviyyəsini müəyyən edən beyin mexanizmini sıradan çıxardığını aşkar edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Nature Communications" nəşri məlumat yayıb.

Bioloqlar yağlı qidaların hipotalamus neyronlarının funksiyasını pozaraq 2-ci tip şəkərli diabetin inkişafına necə zəmin yaratdığını izah ediblər.

Sınaqlar çərçivəsində mütəxəssislər siçanlara aid 75 mindən artıq beyin hüceyrəsini tədqiq ediblər. Standart qidalanma rejimində olan gəmiricilərdə qlükoza səviyyəsinin artması böyümə hormonu istehsal edən neyronların fəaliyyətini zəiflədirdi (yüksək şəkər səviyyəsi zamanı böyümənin stimullaşdırılmasına ehtiyac qalmır) və beynin qidalanmasını təmin edən qlial hüceyrələrin müdafiə mexanizmini işə salırdı.

Ancaq səkkiz həftə ərzində yağlı qidalarla qidalanan heyvanlarda bu proses tamamilə dəyişib: beyin ya şəkər bolluğuna reaksiyanı tamamilə dayandırıb, ya da böyümə hormonunun istehsalını stimullaşdırıb.

Tədqiqatçıların qənaətinə görə, belə bir pozuntu sinir sisteminin "metabolik çevikliyini" itirməsinə gətirib çıxarır.

"Əldə etdiyimiz məlumatlar sübut edir ki, beynin mühüm mərkəzləri xroniki şəkər artıqlığını hiss etmək qabiliyyətinə malikdir, lakin piylənmə halında bu aşkarlama sistemi ciddi şəkildə zədələnir", - deyə tədqiqatçılardan biri bildirib.

Bioloqlar əlavə ediblər ki, insanlarda qlükoza göstəriciləri ilə əlaqəli olan genetik fərqliliklər məhz aşkar edilmiş neyronlarda fəaliyyət göstərən genlərin ətrafında toplanır. Bununla da əldə olunan nəticələrin insan orqanizmi baxımından klinik əhəmiyyəti təsdiqlənir.

Adətən hipotalamus və beyin sütunu iştahanın və enerji sərfiyyatının tənzimlənməsində əsas mərkəzlər kimi qəbul edilir. İndiyədək elmə məlum idi ki, beyin bədəni şəkər səviyyəsinin təhlükəli həddə enməsindən müvəffəqiyyətlə qoruyur, amma şəkər bolluğuna cavab mexanizmi naməlum qalırdı.

Son araşdırma təkcə orqanizmdə daxili qlükoza "detektoru"nun olmasını təsdiqləməklə kifayətlənməyib, həm də onun zədələnməsinin artıq çəki problemi ilə birbaşa əlaqəli olduğunu ortaya qoyub.

Tədqiqatçıların fikrincə, həmin neyronların həssaslığının bərpa edilməsi piylənməyə qarşı müalicədə tamamilə yeni istiqamətə çevrilə bilər. Gələcəkdə kəşf olunacaq dərmanlar beynin şəkər miqdarını düzgün analiz etmək qabiliyyətini bərpa edərsə, bu, metabolik xəstəliklərə qarşı mübarizəni hazırkı metodlarla müqayisədə xeyli daha səmərəli edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 274   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021