Maykl Cordanın 25 ildir heç kimin görmədiyi "Ferrari"si HƏRRACA ÇIXARILIR

Maykl Cordanın 25 ildir heç kimin görmədiyi "Ferrari"si HƏRRACA ÇIXARILIRMaykl Cordanın təxminən 25 ildir heç kimin görmədiyi "Ferrari 550 Maranello" avtomobili hərraca çıxarılacaq. 1997-ci il istehsalı olan bu unikal maşın sentyabrın 15-də "Joopiter" auksionunda satışa təqdim ediləcək.

Oxu.Az-ın autonews.ru-ya istinadən məlumatına görə, əfsanəvi basketbolçu bu nəqliyyat vasitəsini 1997-ci ildə - "Çikaqo Bullz"un heyətində NBA çempionatında beşinci qələbəsini qazandığı vaxt əldə edib. Avtomobilin üzərində "MJ 5" nömrə nişanı var və onun yürüşü təxminən 6 400 mil (təqribən 10 300 km) təşkil edir. İdmançının hündürboy olması (198 sm) səbəbindən sürücü oturacağı xüsusi olaraq dəyişdirilib: tənzimlənmə diapazonu artırılıb və daha nazik üzlüklə təmin edilib.

Sözügedən "Ferrari" "Netflix"in "Son rəqs" sənədli filmində də yer alıb. Eyni zamanda, bu maşın "Air Jordan XIV" krossovkalarının dizaynı üçün ilham mənbəyi olub. Məhz həmin ayaqqabılarda Cordan 1998-ci il NBA finalının altıncı matçında meydana çıxaraq məşhur həlledici atışını edib.

Avtomobil 2002-ci ilin dekabrında satıldıqdan sonra onun izi itmişdi. Nadir kolleksiya və qədim idman avtomobillərinin axtarışı, bərpası və satışı ilə məşğul olan "Curated" şirkətinin həmtəsisçisi Con Temerian bu maşını tapmaq üçün təxminən 10 il vaxt sərf edib.

Nəhayət, o, "Ferrari"ni Kaliforniyadan olan bir sahibdə aşkar edib. Nəqliyyat vasitəsi 485 at gücünə malik 5.5 litrlik atmosfer V12 mühərriki ilə təchiz olunub və altıpilləli mexaniki sürətlər qutusu ilə işləyir. "Ferrari"nin qiymətləndirilən dəyəri 700 min dollardan 1.3 milyon dollaradək müəyyən olunub.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 307   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?

"İnfarktın bəzi əlamətləri infarkt baş verməzdən bir neçə gün əvvəl və hətta bir neçə həftə əvvəl ortaya çıxa bilər". -ya istinadən xəbər verir ki, amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental infarktın bu erkən simptomları barədə xəbərdarlıq ediblər. Əsas xəbərdarlıq siqnallarında

9 sentyabr
.

Yuxuda ilan görmək əslində nə deməkdir? - 10 fərqli yozum

Eyni yuxu tamamilə fərqli mənalar verə bilər. Burada əsas məqam ilanın necə davrandığı və yuxu zamanı hansı hissləri keçirdiyinizdir. bu 10 fərqli məqamı təqdim edir:. Yuxuda ilan görmək insanı narahat edə bilən görüntülərdən biridir. Ancaq bunu dərhal pis əlamət kimi qəbul etmək düzgün deyil. Müxtəli

6 sentyabr
.

Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ

İmmunomodulyatorlar, yüksək dozada C vitamini, fitoterapiya, exinasiyalı şərbətlər və immuniteti "tez gücləndirdiyi" iddia edilən digər vasitələr dərs ilinin əvvəlində məktəbliləri kəskin respirator virus infeksiyalarından (KRVİ) qorumur. xəbər verir ki, pediatr Yekaterina Melnik bu barəd

7 sentyabr
.

Bu bananları almayın - təhlükəli əlamətlər

Banan alarkən yalnız qabığının rənginə baxmaq kifayət etmir. Mütəxəssislər bildirirlər ki, meyvənin yetişmə dərəcəsini və keyfiyyətini müəyyən etmək üçün onun görünüşünə, bərkliyinə və qabığının vəziyyətinə də diqqət yetirmək lazımdır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə

9 sentyabr
.

Ayı Yerin yeddinci qitəsi adlandırdı

Rusiya Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri, akademik Lev Zelyonıy Ayın elmi və praktiki baxımdan Yerin yeddinci qitəsi hesab oluna biləcəyini bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Alimin sözlərinə görə, bu müqayisə zarafat deyil, alimlər v

9 sentyabr
.

Sentyabr-oktyabr aylarında 5 dəqiqə vaxt ayırın və qışda istilik xərclərinizi azaldın

Söhbət radiatorların adi qaydada təmizlənməsindən gedir. Bir çox insan bu addımı nəzərə almır, halbuki məhz radiatorların təmiz saxlanması istilik sisteminin daha səmərəli işləməsinə və artıq xərclərin qarşısının alınmasına kömək edir. xəbər verir ki, gözlənilməz soyuqlara əvvəlcədən hazırlaşmaq dah

6 sentyabr
.

Toyun səhəri qızılları götürüb qaçan gəlin tək cümləlik açıqlama verdi

Türkiyənin Muğla vilayətinin Milas rayonunda 3 gün 3 gecə davam edən toy mərasimindən sonra milyonlarla lirə dəyərində qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxdığı iddia edilən Özbəkistan vətəndaşı Mamura Burkhonova saxlanılıb. 28 yaşlı gəlin polisə verdiyi ifadədə ona qarşı irəli sürülən ittihamlar

7 sentyabr
.

Sünnət toyunda qorxunc anlar: at uşağı belindən yerə atdı - VİDEO

Türkiyənin İzmir şəhərində keçirilən sünnət toyunda bədbəxt hadisə baş verib. xarici mediaya istinadla xəbər verir ki, sünnət edilən uşaq at belində toy məkanına daxil olarkən havai fişənglər atılıb, konfetilər partladılıb və yüksək səslə musiqi səsləndirilib. Səslərdən qorxan at idarəetmədən çıxara

9 sentyabr
.

Bu tapmacanın cavabını çoxları tapa bilmir - Son rəqəm nə olmalıdır?

Sosial şəbəkələrdə yayılan riyazi tapmaca istifadəçilərin diqqətini çəkib. Tapşırıqda adi toplama əməliyyatından fərqli nəticələr verilir və sonuncu misalın cavabını tapmaq tələb olunur. xəbər verir ki, tapmacada aşağıdakı misallar göstərilib:. 8 + 2 = 16106. 5 + 4 = 2091. 9 + 6 = 54153. 7 + 5 = ?. İl

6 sentyabr