Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Azərbaycanda 2025-сi il oktyabrın 1-i vəziyyətinə 4 167 əyani ümumtəhsil məktəbində kompüter olub və bu da bütün məktəblərin 99,3 %-ni təşkil edib.
Sonxeber.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüteri olan məktəblərin sayı 185 ədəd və ya 4,2 % azalıb.
Bu cür məktəblərin 2 946 ədədi (əvvəlki ilə nisbətən 149 ədəd az) kəndlərdə, müvafiq olaraq 1 221 ədədi (36 ədəd az) şəhərlərdə, o cümlədən 391-i Bakıda (4 ədəd çox) yerləşir.
Hesabat dövründə məktəblərdə 176 034 (40 050 ədəd və ya 29,5 % çox) kompüter, o cümlədən şəhər məktəblərində 125 114 (27 734 ədəd çox) kompüter olub.
Ölkə üzrə məktəblərdəki kompüterlərin 53,7 %-i (2,4 faiz bəndi az), o cümlədən şəhər məktəblərində mövcud olan kompüterlərin 56,5 %-i (2,8 faiz bəndi az), kənd məktəblərində - 46,8 %-i (1,1 faiz bəndi az) internetə qoşulmuş olub. Bu parametr üzrə ən yüksək göstərici Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, muxtar respublikadakı məktəblərdə mövcud kompüterlərin 89,2 %-nin (1,7 faiz bəndi az) internetə çıxışı olub. Ən aşağı göstərici (31,6 %) Şərqi Zəngəzur iqtisadi rayonunda olub.
Ölkə üzrə orta hesabla bir kompüterə düşən şagird sayı 9-a (3 nəfər az) bərabər olub.
Bütövlükdə 963 356 (30 757 nəfər çox) şagird internetdən istifadə edib. İnternetdən istifadə etmiş şagirdlərin ölkə üzrə məktəblərdə təhsil alan şagirdlərin sayına nisbəti 60,7 % (2,6 faiz bəndi çox) olub. Bu komponent üzrə də liderlik Naxçıvana məxsusdur. Muxtar respublikada təhsil alan şagirdlərin 99,1 %-i (0,8 faiz bəndi çox) ötən il internetdən istifadə edib. Ən aşağı (25 %) göstərici isə yenə də Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib. quruma istinadən xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 12 00 manat olan "BMW 520I" markalı avtomobil 33 500 manata, ilkin qiyməti 9 00 manat ola
2 sentyabrAzərbaycanda üzüm istehsalına dair vəziyyət açıqlanıb
2025-ci ildə Azərbaycanda 14,9 min hektar ərazidə üzüm əkilib. xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı və Ağsu rayonlarına təşkil etdiyi media-turda məlumat verilib. Bildirilib ki, ötən il üzüm bağlarında hər hektar üzrə məhsuldarlıq 8,6 % artaraq 106,6 sentner, ölkə üzrə üzü
27 avqust"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb
Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas
4 sentyabrBrent markalı neftin qiyməti 90,46 dollar/barelə yüksəlib
Yaxın Şərqdə yenidən başlayan hərbi əməliyyatlar fonunda neft qiymətləri yüksəlir. xəbər verir ki, London ICE Futures birjasında noyabr ayında Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 2,36 dollar (2,68 faiz) artaraq 90,46 dollar/barel təşkil edib. Cümə günü bu müqavilələ
31 avqustAzərbaycan düyü idxalına çəkdiyi xərci 28 % azaldıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 24,1 milyon ABŞ dolları dəyərində 27,4 min ton düyü idxal edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8,2 min ton (22,9 , dəyər baxımından isə 9,45 milyon ABŞ dolları (28,1 %) azdır. Hesaba
26 avqustAzərbaycan qara metal ixracından gəlirini 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 66,5 milyon ABŞ dolları dəyərində 59,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12,7 milyon ABŞ dolları (23,5 , həcm baxımında
28 avqustAzərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə
10 sentyabrQızılın qiyməti BAHALAŞIR: Bunlara diqqət etmək lazımdır
Qızılın dünya bazarında yüksək səviyyədə qalması və son günlər qiymətin yenidən artması vətəndaşların bu metala marağını artırır. Hazırda qızılın qiymətinə geosiyasi risklər, inflyasiya gözləntiləri, faiz dərəcələri və investor tələbi kimi amillər təsir edir. Bəs, vətəndaşlar qızıl alarkən əyar, alış-satı
26 avqustSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabr