Mərmərə dənizində iki gəmi toqquşdu - İtkin düşənlər var
Mərmərə dənizində iki Türkiyə bayraqlı ticarət gəmisi toqquşub.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmadan sonra gəmilərdən birində olan 10 heyət üzvü ilə əlaqə saxlamaq mümkün olmayıb.
Hadisə təxminən saat 03:00-da, İstanbulun Silivri rayonundan 18 mil cənubda baş verib.
İstanbul Valiliyinin yaydığı məlumata görə, Kocaelidən Əliağaya gedən Türkiyə bayraqlı "ALSU" ticarət gəmisi ilə İskəndərun limanından Karadəniz Ereğliyə hərəkət edən Türkiyə bayraqlı "TUĞBERK İMAMOĞLU" ticarət gəmisi toqquşub.
Hadisə barədə məlumat daxil olduqdan sonra Sahil Mühafizəsi, Mərmərə və Boğaz Komandanlığının çoxsaylı dəniz qüvvələri, həmçinin sahil mühafizəsinə məxsus helikopter hadisə yerinə göndərilib.
İlkin araşdırmalar zamanı "ALSU" gəmisində hər hansı görünən zədənin olmadığı müəyyənləşdirilib. Lakin "TUĞBERK İMAMOĞLU" gəmisi və onun göyərtəsində olan 10 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.
Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 381 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr