"Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür..." - Bağçadakı qalmaqalın detalları - Yenilənib
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı iddia edilir.
"Qafqazinfo"nun məlumatına görə, azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb.
Valideyn deyir ki, uşağın davranışlarında qəribəlik hiss etdikdən sonra həkimə müraciət ediblər və analizlərin nəticəsinə əsasən, onun qanında psixotrop tərkibli dərman aşkarlanıb:
"Uşaq iki həftə dövlət bağçasına getdi. Birinci həftə yarım gün qaldı, ikinci həftə isə saat 16:00-17:00-dək bağçada oldu. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandı. Ümumiyyətlə, hərəkətlərində çox böyük dəyişiklik hiss etdim.
Müəlliməsindən soruşanda bunun adaptasiya dövrü olduğunu və belə halların normal sayıldığını bildirdi. Lakin şübhələrim keçmədiyi üçün Toksikologiya Mərkəzinə gedib analiz verdik. Analizin cavabında psixotrop tərkibli dərmanlar çıxdı. Bu dərmanlar orqanizmdə bir həftə qalır, lakin bağçada hələ də heç kimi analizə göndərməyiblər. Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi. Lakin orada bu qədər uşaq var, adamın ürəyi qəbul eləmir ki, onlar uşaqları zəhərləyə-zəhərləyə gedirlər".
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Qafqazinfo" ya bildirilib ki, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparılır: "Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini nəzərə alaraq, ictimaiyyət və media nümayəndələrinin yalnız rəsmi məlumatlara istinad etməsi xahiş olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 530 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30 oktyabrSürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındıraraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artıra bilər. Bu cür halların kameralar vasitəsilə aşkarlanması sürücülərin intizamının gücləndirilməsi və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarətin artırılması baxımında
29 oktyabr"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən
29 oktyabrXidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər. xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən
29 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabrNoyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir
30 oktyabrCeyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun
29 oktyabr"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30 oktyabr