Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb.
BiG.AZ xəbər verir ki, cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilən 4-cü beynəlxalq minatəmizləmə konfransının mövzusu "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi"-dir.
Konfrans, Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Bakının ev sahibliyi etdiyi 4-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir.
İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT Agentliklərinin nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Hikmət Hacıyev mina probleminin bərpa prosesinə təsiri və bu prosesdə humanitar minatəmizləmənin mühüm rolu məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öztəşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə hər heyvana görə 4 manat veriləcək
Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Əməkdar artist komaya düşüb
İlham Mirzəyevin vəziyyəti ağırdır
Toyun səhəri qızılları götürüb qaçan gəlin tək cümləlik açıqlama verdi
"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Sabah da yağış yağacaq