Azərbaycan artıq orta güc dövlətinə çevrilib
Prezident İlham Əliyevin Bişkekə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının növbəti tədbirində iştirakı Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin getdikcə artan əhəmiyyətinin göstəricilərindən biridir. Səfər Azərbaycanın Mərkəzi Asiya, Avrasiya məkanı və daha geniş beynəlxalq əməkdaşlıq sistemində mövqelərini gücləndirmək siyasətinin tərkib hissəsidir.
ŞƏT-in coğrafiyasına nəzər saldıqda bu istiqamətin Azərbaycan üçün əhəmiyyəti daha aydın görünür. Təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən, dünya iqtisadiyyatında, enerji sektorunda və beynəlxalq ticarətdə mühüm çəkisi olan dövlətləri bir araya gətirən çoxtərəfli platformadır. Çin, Hindistan, Rusiya, İran və Mərkəzi Asiya dövlətlərinin daxil olduğu bu məkan Azərbaycanın iqtisadi, nəqliyyat, enerji və geosiyasi maraqları baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan üçün burada əsas məsələ hər hansı siyasi blokun daxilində yer almaq deyil. Əsas məqsəd müxtəlif çoxtərəfli platformalarla əməkdaşlıq edərək milli maraqlara uyğun imkanları genişləndirmək, iqtisadi və siyasi əlaqələrin coğrafiyasını şaxələndirməkdir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin çevikliyini və çoxvektorlu xarakterini nümayiş etdirir.
Azərbaycan bir tərəfdən Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə töhfə verir, İslam dünyası ilə münasibətləri genişləndirir və eyni zamanda ŞƏT kimi Avrasiya miqyaslı platformalarla əməkdaşlığını gücləndirir. Belə ki, ölkəmiz artıq orta güc dövlətinə çevrilib. Orta güc dövlətinin əsas üstünlüklərindən biri isə müxtəlif platformalar arasında əlaqələr yaratmaq, regional təşəbbüslər irəli sürmək və konkret məsələlər üzrə beynəlxalq gündəliyə təsir göstərə bilməkdir.
Azərbaycanın enerji və nəqliyyat layihələri, müxtəlif vasitəçilik təşəbbüsləri, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və çoxtərəfli platformalarda fəal iştirakı bu yanaşmanın müxtəlif nümunələridir. Bu istiqamətlərin bir-birinə alternativ kimi deyil, bir-birini tamamlayan xarici siyasət alətləri kimi nəzərdən keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir.
Türkan Cümçüdova - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya