Azərbaycanda kənd təsərrüfatı torpaqları ilə bağlı YENİ LAYİHƏ - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda kənd təsərrüfatı torpaqları ilə bağlı YENİ LAYİHƏ - Prezident TƏSDİQLƏDİAzərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası həyata keçiriləcək.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Torpaq və Mülki məcəllələrdə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna əsasən ki, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yeniden müəyyən edilməsi, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsi (dövlət mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə dəyişdirilməsi halları istisna olmaqla) nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin həyata keçirilməsi prosesidir.

Torpaq sahələrinin ekvivalent bazar dəyəri konsolidasiya olunan torpaq sahələrinin alqı-satqısı zamanı formalaşan bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən ediləcək. Torpaqların konsolidasiyası nəticəsində torpaq sahəsinin bazar qiymətinin artması konsolidasiya olunmuş torpaq sahəsinin mülkiyyətçisi üçün əlavə ödəniş öhdəliyi yaratmayacaq.

Torpaqların konsolidasiyası nəticəsində torpaq mülkiyyətçisinə ayrılan torpaq sahəsinin bazar qiymətinin konsolidasiyadan əvvəl malik olduğu torpaq sahəsinin bazar qiymətindən aşağı olduğu müəyyən edildikdə aradakı fərq torpaq mülkiyyətçisinə kompensasiya şəklində ödəniləcək.

Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası hazırlanan konsolidasiya layihəsi əsasında həyata keçiriləcək. Konsolidasiya layihəsində aşağıdakılar müəyyən ediləcək:

- mövcud torpaq sahələrinin sərhədlərinin, ölçülərinin, yerləşməsinin, bazar qiymətinin, mülkiyyət formasının və onlar üzərində mövcud olan mülkiyyət və digər əşya hüquqlarının təhlil edilməsi;

- torpaq sahələrinin yeni sərhədləri, ölçüləri və yerləşmə sxeminin torpaq sahəsinin mülkiyyətçiləri ilə razılaşdırılması;

- torpaq sahələrinin bölünməsi, birləşdirilməsi, dəyişdirilməsi;

- konsolidasiya olunmuş torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi;

- suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklər.

Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya tərəfindən qəbul ediləcək. Komissiyanın qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına dair bölgü sənədi təsdiq olunacaq. Bölgü sənədi konsolidasiya layihəsinin icrası nəticəsində torpaq sahələrinin sərhədlərinə, ölçülərinə, yerləşməsinə, həmin torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarına dair məlumatları, eləcə də torpaq sahələri ilə bağlı digər dəyişikliklər barədə məlumatları özündə ehtiva edəcək və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.

Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Dövlət başçısı yeni Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3752   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. -a istinadən xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Azərbaycanl

2 sentyabr
.

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan

6 sentyabr
.

Prezident Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib. "İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdə

4 sentyabr
.

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:

2 sentyabr
.

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib

Torpaq və Mülki məcəllələrdə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsind

2 sentyabr
.

"Bişkek sammiti: Azərbaycanın fəal diplomatiyasının növbəti ünvanı" - DEPUTAT

"İlham Əliyevin ŞƏT Zirvə toplantısında iştirakı ölkəmiz üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun daha bir göstəricis

2 sentyabr
.

Bir stəkan "İstisu"nun diplomatiyası - KÖŞƏ YAZISI

Bəzən diplomatiyanın ən təsirli cümlələri rəsmi bəyanatlarda səslənmir. Bəzən bir stəkan su, bir təbəssüm, bir səmimi jest dövlətlər arasında uzun-uzadı danışıqlardan daha çox söz deyir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaşanan həmin qısa, amma mənas

1 sentyabr
.

Azərbaycan Prezidenti: "Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

"Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı bildirib. Dövlətimizin başçısı qey

1 sentyabr
.

Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. İRNA agentliyinə istinadən xəbər verir ki, bu barəd

6 sentyabr